Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Kirkorov illər sonra Bakıda Ağalarovun qonağı oldu

Kirkorov illər sonra Bakıda Ağalarovun qonağı oldu

Rusiyanın xalq artisti Filipp Kirkorov illər sonra Bakıya gəlib.

Virtualaz.org bildirir ki, Kirkorov müğənni Eminin əsas təşkilatçılarından olduğu “Jara” festivalında iştirak edib. Səhnəyə çıxan F.Kirkorov tamaşaçılarla Azərbaycan dilində salamlayıb: “Rusiya Federasiyasının xalq artisti Filip Kirkorovun qonaqları Azərbaycan”.

O, Bakıya olan heyranlığından və azərbaycanlıların qonaqpərvərliyindən danışıb: “Hər dəfə Bakıya həvəslə və həyəcanla gəlirəm. Bakı dünyanın ən gözəl şəhəridir. Buranın təbiəti, mənzərələri çox gözəldir”.

Qeyd edək ki, müğənni bir müddət əvvəl açıqlamasında Bakıya çox gəlmək istədiyini, amma bəzi problemlər yaşadığını bildirmişdi. O, demişdi ki, Azərbaycanda konsert vermək istəyir.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın