Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / DTX bu məmurları ciddi nəzarətə götürməlidir – Başqa yol yoxdur…

DTX bu məmurları ciddi nəzarətə götürməlidir – Başqa yol yoxdur…

Təşəbbüskar insanlarla mübarizə aparan məmurlar dövlətimizin təhlükəsizliyinə zərbə vururlar

Azərbaycanda mühüm dövlət vəzifələrində işləyən çoxsaylı məmurların çoxu ancaq özü haqqında fikirləşir. Onlar üçün dövlət maraqları yoxdur. Onların bircə amalı var. Təki onlar yaxşı yaşasın. Onların biznesi çiçəklənsin, onların savadsız qohumları və əqrəbaları yüksək vəzifələrdə olsunlar.
Bu tip məmurlar haqqında vaxtilə Mirzə Ələkbər Sabir özünün əvəzsiz şerində gözəl deyib: “Mən salim olum, cümlə cahan batsa da, batsın, yatmışları razı deyiləm kimsə oyatsın!”
Bu məmurların çoxusu dövlətin reytinqini yüksəltmək yolunda çalışan insanlara qarşı mübarizə aparırlar. Onlar belə hərəkətləri ilə dövlətimizi gözdən salırlar. İnkişafa və əmin – amanlıq prosesinə ciddi ziyan törədirlər.
Nəticədə dövlətimiz və Prezidentimiz özünün də dediyi kimi xarici mətbuatın və xaricdəki siyasi dairələrin hədəfinə gəlir.
Sual oluna bilər ki, çoxsaylı məmurların dövlətçiliyimiz uğrunda çalışan təşəbbüskar insanlara qarşı aqressivliyi nə ilə bağlıdır. Cavab belədir. Belə məmurların əksəriyyəti savadsızdılar. Öz yerlərində deyillər. Ona görə də onlar təşəbbüskar insanlardan qorxurlar. Çünki bütün müsbət təşəbbüslər dövlətimizin inkişafına, həmən məmurların iç üzünü açmağa və onların heç nə etmədən hədsiz sərvət sahibi olmalarına qarşı yönəlib.
Təşəbbüskar insanlara qarşı mübarizə aparan məmurlar təşəbbüskar insanları vurduqca daha da harınlaşırlar. Onlar Azərbaycan Konstitusiyasını və qanunlarını heçə sayırlar. Onlar özlərinin icad etdiyi, özlərinin uydurduğu qanunlarla yaşayırlar.
Amma bu məmurlar bir şeyi dərk etmirlər ki, nə olsa da, nə qədər varlansalar da onların bütün fəaliyyəti və hərəkəti Azərbaycan dövlətini sarsıdır. Onlar budaqlarında oturduqları dövlətçilik ağacının kökünə balta vururlar.
Təşəbbüskar insanlara qarşı mübarizə aparan məmurlar bütün fəaliyyəti Prezidentlə xalq arasında ya çin səddi, ya da dərin uçurum yaratmağa yönəlib.
Mənim qəti fikrimcə Prezidentimiz belə məmurlardan xilas olmalıdı. Xalqı öz dövlətindən narazı salan məmurlar  heç bir zaman Prezidentin özünə də sədaqətli ola bilməzlər.
Xalqı dövlətdən narazı salanlar dövlətin təhlükəsizliyinə zərbə vururlar. Qəti fikirdəyəm ki, Prezidentimiz dövlətin təhlükəsizliyinə sarsıdıcı zərbə vuran məmurları vəzifələrdən uzaqlaşdırmalı və onları ciddi cəzalandırmalıdı. Dövlət Təhlükəsizliyi Xidməti isə bu məmurları ciddi nəzarətə götürməlidi.
Başqa yol yoxdur!
Prof.Dr. Qüdrət İsaqov

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın