Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Kamal Abdulla Gəncəyə səfər edib

Kamal Abdulla Gəncəyə səfər edib

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Gəncə şəhərinə səfər edib.
Öncə Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Səfər çərçivəsində Kamal Abdullayev Gəncə Şəhər İcra Hakimiyyətinin birinci müavini Elnur Rzayevlə birlikdə Şah Abbas məscidində və Rus Provaslav kilsəsində olub. Din xadimləri ilə səmimi söhbət edilib, onlara Dövlət Müşaviri tərəfindən mültikulturalizmlə bağlı kitablar və jurnallar təqdim olunub.
Sonra İmamzadə dini-memarlıq kompleksində Gəncə və ətraf bölgələrdən olan din xadimləri və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Görüşdə QMİ-nin qərb bölgəsi üzrə nümayəndəsi Tahir Abbasov tədbir iştirakçılarını salamlayaraq, görüşün əhəmiyyətindən danışıb.
Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinin keşişi Deniz Sotnikov Azərbaycanda multikultural dəyərlərin nümunə olduğunu qeyd edib.
Gəncə ağsaqqalı Firdovsi Kərimov Gəncədə yerləşən dini mekanlar haqqında ətraflı məlumat verib.
Sonra çıxış edən Kamal Abdullayev bir sıra vacib məsələlərə toxunub. Bildirib ki, məscidlərdə kitabxanaların olması, din xadimlərinin mütəmadi mütaliə etmələri vacib amillərdir. Eyni zamanda din xadimlərinin təklifləri Dövlət Müşaviri tərəfindən dinlənilib.
Görüş diskussiya şəklində davam edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın