Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət (səhifə 899)

Siyasət

“İnanırıq ki, Türkiyə bu şəxsləri qısa zaman ərzində Azərbaycana təhvil verəcək” – Deputat

Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlamalıdır. Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Türkiyə hökuməti bunu etməklə gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni addımlardan çəkindirməlidir. Deputat bildirib ki, Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərində …

Ətraflı oxu »

Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb – Ariel Koen

Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb, silaha pul xərcləməyin deyil. Bunu Trend-ə Enerji, təbii ehtiyatlar və geosiyasət Mərkəzinin direktoru, Qlobal təhlükəsizliyin təhlili İnstitutunun aparıcı eskperti, “International Market Analysis” şirkətinin təsisçisi Ariel Koen deyib. Ekspert bildirib: “Ermənistan son illər Rusiyadan böyük miqdarda silah alıb. Azərbaycan öz növbəsində, 5 milyard …

Ətraflı oxu »

“CHP-li deputatların Azərbaycan əleyhinə səs verməsi təəssüf doğurur” – AKP-dən etiraz

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səs verən CHP-çi millət vəkillərinə etirazlar yağdırılır. Azinforum.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı AŞPA-nın Türkiyə nümayəndə heyyətinin üzvü, AK partiyanın Konyadan seçilmiş millət vəkili Leyla Şahin Usta Yenicag.az-a açıqlama verib. O bildirib ki, partiyası 2002-ci ildən bəri Azərbaycanla fəaliyyətdə həmrəylik nümayiş etdirir: …

Ətraflı oxu »

“Azərbaycanla münasibətlərimizi pozmaq istəyənlər var” – Leonid Kalaşnikov

“Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Bu münasibətlərin pisləşməsini istəyən düşmənlərimiz var. Ancaq biz aramızı vurmaq istəyənləri sevindirməyəcək, münasibətlərimizi heç zaman pozmayacağıq” Bu fikirləri AzərTAc-a müsahibəsində Parlamentlərarası İttifaqın 137-ci Assambleyası çərçivəsində Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov söyləyib. Assambleyanın …

Ətraflı oxu »

Nazarbayev haqqında kitaba ön sözü Əli Həsənov yazıb

Bu günlərdə Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin ömür yolundan bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabı Azərbaycan dilində nəşr olunub. Belə ki, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan prezidenti Katibliyinin müdiri Mahmud Kasımbekovdur. Kitabda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin insanlara dərs ola biləcək təlatümlü və maraqlı həyatı, odla-alovla apardığı mübarizədən, ölkənin …

Ətraflı oxu »

“Azərbaycan Avropada ən böyük dövlətlərdən birinə çevrilə bilər” – Eldar Namazov

Aparıcı dövlətlər o qərara gəlsələr ki, öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyündən üstündür, onda Azərbaycan Avropada Almaniya, Böyük Britaniya, Fransa, İtaliyadan sonra ən böyük dövlətə çevrilə bilər. Bu sözləri Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov Musavat.com-a geniş açıqlamasında bildirib. Politoloqun fikrincə, hazırda dünyada parçalanmış millətlər sırasında birinci yerdə …

Ətraflı oxu »

Müharibə aparan ölkə üçün bu, kiçik rəqəmdir – Aydın Mirzəzadə

Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 20 il müddətinə kredit verməsində məqsəd həmin ölkəni silahlandırmaqdır. Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün kredit verməsi Azərbaycanda da …

Ətraflı oxu »

Prezident və xanımı İçərişəhərdə təndir çörəyi kəsdi – Foto

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 14-də İçərişəhərlə tanış olublar.  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov ali qonağa əvvəlcə Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII …

Ətraflı oxu »

YUNESKO-nun yeni rəhbərinin dosyesi – FOTOLAR

Fransanın siyasi xadimi, sabiq mədəniyyət naziri Odre Azule BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə (YUNESKO) baş direktoru seçilib. Seçkilərin son turu zamanı şuranın 58 iştirakçı ölkəsindən 30 dövlət Azulenin namizədliyini dəstəkləyib. Yeni baş direktor 4 avqust 1972-ci ildə Fransada La Sel-Sen-Klu şəhərində anadan olub. Onun atası Andre Azule Mərakeş …

Ətraflı oxu »

“Fərhad Əliyev orda-burda deyir ki, 4 milyard verib ölkəyə gəlmişəm” – ŞOK İDDİA…

Avropa Şurasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələr ölkədəki bir sıra siyasi partiyaların ciddi etirazına səbəb olub. Moderator.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bu qətnamənin qəbulunda daxildəki bəzi qüvvələrin də mühüm rol oynadığını bildirib: “Avropa Şurasının məlum qətnamələri Azərbaycana qarşı yönəlmiş qərəzin ifadəsidir. Doğrudur, ölkəmizdə də müəyyən …

Ətraflı oxu »