Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət (səhifə 7)

Siyasət

Blinken Əliyevi həbs edilənləri azad etməyə çağırıb

ABŞ-nin Azərbaycandakı səfirliyi ABŞ Dövlət katibi Entoni Blinkenlə Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığı barədə məlumat yayıb. Bildirilib ki, dövlət katibi Blinken Prezident Əliyevlə Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi istiqamətində əldə olunan nailiyyəti müzakirə edib. Dövlət katibi həmçinin Azərbaycanı üzərinə götürdüyü insan hüquqları və əsas azadlıqlara dair …

Ətraflı oxu »

“FRANSA XARİCİ İŞLƏR NAZİRİ YALAN DANIŞIR” – Prezident

Fransa xarici işlər naziri yalan danışır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Prezident İlham Əliyev aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib. Həmçinin …

Ətraflı oxu »

Emin Ağalarov terrorla bağlı onlara cinayət işinin açılmasını tələb edənləri qınayıb

“Heç bir istintaq araşdırması olmadan bizi günahlandırmaq ən azından ədalətsizlikdir” “Crocus City Hall”dakı terrordan zərərçəkənlərin bir qismi kompleksin sahiblərinə qarşı cinayət işinin başlanmasını istəyirlər. On bir nəfər olmaqla – konsert zalındakı terror hücumunda həlak olanların yaxınları və zərərçəkənlər istintaq komitəsinin rəhbəri Aleksandr Bastrıkinə ərizə ilə müraciət ediblər. İddia ərizəsində qeyd olunub …

Ətraflı oxu »

İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklif edildi

Müsavat Partiyası qurultayla bağlı hazırlıqlarını başa çatdırıb. Qaynarinfo xəbər verir ki, partiya nəzərdə tutulan qurultayını may ayının 4-nə təyin edib. Bununla bağlı Musavat Məclisi martın 30-da qərargahda iclas keçirib. İclasda çıxış edən Məclis sədri Nüşabə Sadıqlı Musavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış edib. …

Ətraflı oxu »

Papa Azərbaycan-Ermənistan sülh danışıqlarını dəstəklədiyini bəyan edib

Roma Papası Fransisk Ermənistan və Azərbaycan arasında davam edən danışıqları dəstəklədiyini bildirib.Yeniavaz.com “Vatican news”a istinadla xəbər verir ki, bu barədə o, “Urbi et Orbi” (şəhərə və dünyaya) papalıq xeyir-duası zamanı danışıb.“Beynəlxalq ictimaiyyətin dəstəyi ilə onlar dialoqu davam etdirə, köçkünlərə kömək edə, müxtəlif dini konfessiyaların ibadət yerlərinə hörmət göstərə və mümkün qədər …

Ətraflı oxu »

“Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür” – Mirzoyan

“Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyib. “Çətinliklərin olmasına baxmayaraq, biz öz tərəfimizdən həll yollarını tapmaq üçün konstruktiv səylər göstəririk. Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar var. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması …

Ətraflı oxu »

Prezident seçkilərində məğlub olan namizədlər hazırda hansı fəaliyyətlərlə məşğuldur?

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində 7 namizəd iştirak etdi. Seçkilərdə 92.6 faiz səslə qələbə qazanan prezident İlham Əliyev yenidən ölkə başçısı seçildi. Nəticələrə əsasən növbəti yerləri tutan digər 6 namizəd isə hazırda müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirir. Yenisabah.az prezident seçkilərində iştirak etmiş namizədlərin hazırki fəaliyyətlərinin nədən ibarət olduğunu araşdırıb: Növbədənkənar …

Ətraflı oxu »

ABŞ səfiri həbsdəki jurnalistlərin vəkilləri ilə görüşüb

“Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir” Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Mark Libbi Azərbaycanın həbsdə olan jurnalistlərinin vəkilləri ilə görüşüb. Bu barədə ABŞ səfirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir: “Biz Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə, həbs edilən bütün şəxsləri azad etməyə çağırırıq”. Ötən ilin sonlarından …

Ətraflı oxu »

“Azərbaycanın bəhs etdiyi kəndlərə iddia etmirik”- Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ərazisində yerləşən Azərbaycana məxsus anklav və eksklavlarına iddia etmədiyini bildirib. Bu barədə hökumət başçısı Artaşat şəhərində partiyadaşları ilə görüşdə danışıb. “Biz heç vaxt bu kəndlərə iddia etməmişik <…> Siyasi mövqeyimiz isə belədir: biz ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ərazilərə, o cümlədən Azərbaycanın bəhs …

Ətraflı oxu »