Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət (səhifə 21)

Siyasət

MSK müşahidəçilərin sayını açıqlayıb

Azərbaycanda 7 fevral bövbədənkənar Prezident seçkisini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb. Bu barədə yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə bildirib. Onun sözlərinə görə, indiyədək 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 400-ü beynəlxalq müşahidəçidir”. MSK sədri “exit-poll”un keçirilməsi üçün 3 təşkilatın müraciət etdiyini və …

Ətraflı oxu »

AŞPA Azərbaycanla bağlı qərar qəbul etdi

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi çərşənbə axşamı plenar iclasda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməyi tövisyə edib. AŞPA-dakı mənbələrdən Turan-a məlum olub ki, qərar gərgin debatlardan sonra səs çoxlluğu ilə qəbul edilib. Monitorinq Komitəsi hesab edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri ən az bir il təsdiq edilməməlidir. AŞPA-nın Azərbaycan …

Ətraflı oxu »

Hüquqşünas: “Avropa Məhkəməsindən çıxmaq asan məsələ deyil”

Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Səbəb kimi ölkədə artan siyasi həbslər, AŞPA həmməruzəçilərinə qoyulan məhdudiyyətlər, onların siyasi məhbuslarla görüşünə imkan verilməməsi, Laçın dəhlizinə buraxılmaması və AŞPA-nı seçki müşahidəsinə dəvət edilməməsi göstərilir. Təkliflə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib …

Ətraflı oxu »

Əli İnsanov çağırış etdi: İlham Əliyevə səs verin! 

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov bildirib ki, Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin dəstəklənməsi üçün təbliğat işlərinə başlayıblar.  Ə.İnsanov bu barədə HƏP İdarə Heyətinin iclasında bildirib.  “Haqq Ədalət Partiyasının rayon və şəhər təşkilatları on minlərlə üzvümüzün təbliğat işlərinə aktiv cəlb olunmasını günbəgün artıraraq, əhali arasında geniş …

Ətraflı oxu »

Seçkilərdən sonra kimlər vəzifəsini itirə bilər? – SİYAHI

Bildiyimiz kimi, bu ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.Bundan əvvəlki prezident seçkiləri 2018-ci ilin aprel ayında keçirilib.Məlumat üçün bildirək ki, 2018-ci il seçkilərindən sonra ən yadda qalan hadisələr arasında uzun illər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etmiş şəxslərin tutduqları vəzifələrdən azad olunması oldu.Belə ki, 2018-ci il prezident …

Ətraflı oxu »

AŞPA-dakı deputatlarımızın səlahiyyətləri məhdudlaşdırıla bilər

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırıla bilər.Bu barədə məlumat AŞPA-nın rəsmi saytında yayımlanıb. Məlumatda bildirilir ki, Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe Azərbaycanda siyasi məhbusların olduğunu, insanların Dağlıq Qarabağdan zorakılıqla köçürüldüyünü, Assambleyanın məruzəçilərinin 2023-cü il ərzində ən azı üç dəfə Azərbaycana gedə bilməmələrini, həmçinin fevralın 7-də …

Ətraflı oxu »

Novella Cəfəroğlu: “Prezidentliyə namizədlərin hamısı güclüdür”

“Prezidentliyə namizədlərin əksəriyyəti ilə görüşmüşük, təkcə Zahid Oruc və Fuad Əliyev qalıb. Sonra Prezident İlham Əliyevin nümayəndəsi Tahir Budaqovla görüşəcəyik. Prezidentlə görüşmək istəyirdik, amma bilirik ki, zaman, vaxt yoxdur. Seçkilərə qatılan namizədlərin hamısı dəyərli, bilikli, Azərbaycanı gözəl tanıyan, islahatlar aparmaq istəyən insanlardır…”  Bu sözləri Pravda.az-a müsahibəsində növbədənkənar prezident seçkilərinin monitorinqini həyata …

Ətraflı oxu »

Seçkilərdə İlham Əliyevə alternativ yoxdur! – Lalə Şövkət 

“Növbədənkənar Prezident seçkilərində bu gün İlham Əliyevə alternativ yoxdur”.  Bunu Modern.az-a açıqlamasında tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət bildirib.  “Mən həmişə qaraya qara, ağa ağ demişəm. Qarabağın azad olunması İlham Əliyevin böyük tarixi nailiyyətidir. Bunu heç kim dana bilməz. Ələlxüsus, Şuşanın azad olunması hər bir …

Ətraflı oxu »

Bu məmurlar yola salına bilər – Siyavuş Novruzovdan AÇIQLAMA

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov növbədənkənar prezident seçkilərindən sonra bəzi nazirlərin istefaya göndəriləcəyi, strukturlarda optimallaşdırma aparılacağı barədə iddialara aydınlıq gətirib. Komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə müəyyən dövrün başa çatdığını, bundan sonra yeni bir dövrün başlayacağını qeyd edib. “Yeni dövrün …

Ətraflı oxu »

Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə ediləcək

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə Azərbaycan- Ermənistan arasındakı problemlərin nizama salınması məsələsini müzakirə edəcəklər. Bu barədə teleqram kanallarında məlumat yayılıb.  Məlumatda bildirilib ki, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, AB-nin Qırmızı dənizdəki missiyası və 13-cü antirusiya sanksiyalar paketini müzakirə edəcəklər.

Ətraflı oxu »