Ana səhifə / Media (səhifə 435)

Media

FHN su basan ərazilərdən əhalini təxliyyə edir – VİDEO

İki gündür yağan yağış Bakıda fəsadlar törədib. APA TV-nin məlumatına görə, fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən su çəkir və köməksiz …

Ətraflı oxu »

Azərbaycanda işsizlərin sayı – Rəsmi

Azərbaycanda işsizlərin sayı açıqlanıb. Azinforum.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2016-cı il oktyabr ayının 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,8 min nəfər olub, onların 37,9 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 247,3 manat olub.

Ətraflı oxu »

Dərnəgül yolunda qəribə biznes – VİDEO

Sürücülərdən biri Bakıda evakuator sürücülərinin yağışlı havada yaranmış gölməçələrdən keçmək istəyən sürücülərdən 10 manat alması barədə məlumat və video paylaşıb. Vaqif Hüseynov videoda bildirib ki, Dərnəgül yolunda gölməçələr yaranıb və kiçik minik avtomobilləri oradan keçə bilmir. Bir neçə evakuator sürücüsü isə həmin əraziyə gələrək yolda qalan sürücülərə “kömək” təklif edirlər. …

Ətraflı oxu »

İsmayıllıda torpaq sürüşməsi: kütlə evlərə doğru hərəkət edir – VİDEO

İsmayıllıda torpaq sürüşməsi baş verib. ARB Şəki xəbər verir ki, intensiv yağan yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib. Kənddən 150 m aralıda, dağın yamacında 5 hektar ərazidə baş verən torpaq sürüşməsi nəticəsində torpaq kütləsi həmin ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət edir. Əraziyə İsmayıllı Rayon …

Ətraflı oxu »

Qar Daşkəsəni işıqsız qoydu

Daşkəsən rayonunda yağan ilin ilk qarı şəhərin bir hissəsini işıqsız qoyub. Azərbaycanın dağlıq rayonlardan biri olan Daşkəsənə günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Hələlik avtomobil yollarında hərəkət dayanmasa da, ancaq güclü qarın nəqliyyat vasitələrinin hərəkətində problem yaradacağı istisna olunmur. Hazırda şəhərin bir hissəsində elektirik enerjisinin verilişində fasilə …

Ətraflı oxu »

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb. Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq bu ilin sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, …

Ətraflı oxu »

Bakı küçələrinin cəmi 16%-də kanalizasiya sistemi var

“Normadan artıq yağıntı olduqda Bakı şəhərində müəyyən bölgələrdə problemlər olur”. Bunu APA-ya “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib. A. Nəcəfli vurğulayıb ki, problem yaranan ərazilərdə də yağış-kanalizasiya sistemi, kollektorlar var: “Sadəcə kollektorların gücü çatmır və nəticədə su yenidən yola çıxır. Əksər ərazilərdə problemin səbəbi budur. Ziya Bünyadov prospektində, …

Ətraflı oxu »

Ziya Bünyadov prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb

Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb. APA-nın məlumatına görə, buna aramsız yağan yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən APA-ya Z. Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması …

Ətraflı oxu »

Yağışlı havada yüzlərlə insanın suyu kəsilib – “Azərsu”dan qəribə səbəb

Xırdalan şəhəri 27-ci məhəllə, mənzil 32, bina 2-də yaşayan sakinlər suyun olmaması ilə bağlı “Qafqazinfo”ya müraciət ediblər. Sakinlər bildirir ki, göyün üzünü bulud alan kimi “Azərsu” yüzlərlə insanın yaşadığı binaların suyunu kəsir: “Səbəb kimi isə onu göstərirlər ki, suyu kəsməsələr 26- cı məhəllədəki həyət evlərini su basar. Gah da deyirlər …

Ətraflı oxu »

Müğənni Elnarə gölməçəyə düşdü – VİDEO

Bakıya yağan güclü yağış müğənni Elnarə Xəlilovanı da çətin vəziyyətdə salıb.  Musavat.com bildirir ki, müğənni bununla bağlı sosial şəbəkədə video paylaşaraq,  şəhərin mərkəzi hissələrindən sayılan Atatürk prospektində yağış gölməçəsinə düşdüyünü bildirib. Qeyd edək ki, bu gün Bakıya yağan intensiv yağış şəhərin əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib. Yollarda uzun-uzadı …

Ətraflı oxu »