Ana səhifə / Media (səhifə 436)

Media

Bakı küçələrinin cəmi 16%-də kanalizasiya sistemi var

“Normadan artıq yağıntı olduqda Bakı şəhərində müəyyən bölgələrdə problemlər olur”. Bunu APA-ya “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib. A. Nəcəfli vurğulayıb ki, problem yaranan ərazilərdə də yağış-kanalizasiya sistemi, kollektorlar var: “Sadəcə kollektorların gücü çatmır və nəticədə su yenidən yola çıxır. Əksər ərazilərdə problemin səbəbi budur. Ziya Bünyadov prospektində, …

Ətraflı oxu »

Ziya Bünyadov prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb

Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb. APA-nın məlumatına görə, buna aramsız yağan yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən APA-ya Z. Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması …

Ətraflı oxu »

Yağışlı havada yüzlərlə insanın suyu kəsilib – “Azərsu”dan qəribə səbəb

Xırdalan şəhəri 27-ci məhəllə, mənzil 32, bina 2-də yaşayan sakinlər suyun olmaması ilə bağlı “Qafqazinfo”ya müraciət ediblər. Sakinlər bildirir ki, göyün üzünü bulud alan kimi “Azərsu” yüzlərlə insanın yaşadığı binaların suyunu kəsir: “Səbəb kimi isə onu göstərirlər ki, suyu kəsməsələr 26- cı məhəllədəki həyət evlərini su basar. Gah da deyirlər …

Ətraflı oxu »

Müğənni Elnarə gölməçəyə düşdü – VİDEO

Bakıya yağan güclü yağış müğənni Elnarə Xəlilovanı da çətin vəziyyətdə salıb.  Musavat.com bildirir ki, müğənni bununla bağlı sosial şəbəkədə video paylaşaraq,  şəhərin mərkəzi hissələrindən sayılan Atatürk prospektində yağış gölməçəsinə düşdüyünü bildirib. Qeyd edək ki, bu gün Bakıya yağan intensiv yağış şəhərin əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib. Yollarda uzun-uzadı …

Ətraflı oxu »

“Nə bizdə imkan qalıb, nə də…” – Atası komada olan jurnalist

Tanınmış jurnalist İmdad Əlizadənin atası artıq 9-cu aydır  ki, komadadır. Vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzür mərasiminə gedərkən ağır qəzaya düşüb. “Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan …

Ətraflı oxu »

Yağışdan sonra Bakı: maşınlar yolda üzür (VİDEO)

Bakıya yağan güclü yağış paytaxtda sürücülərə çətin anlar yaşadıb. BAKU.WS-in məlumatına görə, yağışın intensiv yağması küçələrdə suyun artmasına səbəb olub. Redaksiyamıza göndərilən videoda magistral yolun su ilə dolduğu əks olunub. Bu görüntü sosial şəbəkələrdə bir xeyli marağa səbəb olub. Yağış suları avtomobillərin hərəkətinə mane olub.

Ətraflı oxu »

Saxta bal satan arıçıların “qara siyahı”sı açıqlandı – SİYAHI

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) 15 oktyabr-15 noyabr 2016-cı il tarixlərində Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılacaq məhsullardan götürülmüş laboratoriya nümunələrinə əsasən məhsulları satış üçün tam yararsız çıxan arıçılar haqqında məlumatı təqdim edib. Bu barədə DBNX-dən daxil olan məlumatda qeyd edilib. Maraqlıdır ki, bu arıçıların …

Ətraflı oxu »

Bakıda kanalizasiya “fontan vurdu” – Video

Aramsız yağan yağış paytaxtın kanalizasiya sistemini sıradan çıxarıb. “Qafqazinfo” xəbər verir ki, şəhərətrafı rayonlarla yanaşı Bakının mərkəzi küçələri də iflic vəziyyətə düşüb. Heydər Əliyev, Ziya Bünyadov, Babək prospektini sel basıb. Dərnəgül yolunda isə kanalizasiya sistemi sıradan çıxıb. Yağış suyu ilə bərabər kanalizasiya suları da  “fontan” vuraraq küçəyə axıb.  

Ətraflı oxu »

İntensiv yağış Bakıda nəqliyyatın hərəkətini iflic edib

Bakıda yağan intensiv yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib. “Report”un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospketi (kənar və əsas yolda, mərkəzə doğru), Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti (mərkəzə …

Ətraflı oxu »

Qəbələnin məşhur otelini su basdı

Son günlər Azərbaycanda yağan yağışlar bölgələrdə ziyansız ötüşməyib. “Qafqazinfo” xəbər verir ki, Qəbələdə leysan yağışları nəticəsində “Qafqaz Resort Hotel”i sel basıb. Otelin işçiləri və qonaqlar təxliyyə olunub. İşçi heyətinə qeyri-müəyyən vaxta qədər işə gəlməmələri bildirilib.

Ətraflı oxu »