Cümə , Aprel 19 2024
Ana səhifə / Media / İsmayıllıda torpaq sürüşməsi: kütlə evlərə doğru hərəkət edir – VİDEO

İsmayıllıda torpaq sürüşməsi: kütlə evlərə doğru hərəkət edir – VİDEO

İsmayıllıda torpaq sürüşməsi baş verib.
ARB Şəki xəbər verir ki, intensiv yağan yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib. Kənddən 150 m aralıda, dağın yamacında 5 hektar ərazidə baş verən torpaq sürüşməsi nəticəsində torpaq kütləsi həmin ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət edir.
Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb. Hazırda yaşayış evləri üçün təhlükə yoxdur.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın