Ana səhifə / Kriminal (səhifə 20)

Kriminal

“Xankəndidə tezliklə “Bravo” tikiləcək?” yazan fəala 4 il iş verildi

“Facebook” hesabında “Sual / nə qazandıq 24 saat 43 dəqiqəyə? Xankəndidə “Bravo” tezliklə tikiləcək, yoxsa yox?” yazandan bir gün sonra həbs edilən ictimai fəal Ruslan Vahabova 4 il həbs cəzası kəsilib.“Azadlıq radiosu” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında çıxarılmış hökmdə iddia olunur ki, R.Vahabovun cibindən 6 qramdan …

Ətraflı oxu »

Partlayışla bağlı əsassız məlumat yayanlar cəzalandırılacaq

“Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib”.Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.Hüquq-mühafizə orqanı bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş …

Ətraflı oxu »

MTN-nin keçmiş generalı və polkovniki 50 000 ziyan ödəyəcək – İş adamı məhkəmədə qalib gəldi

“MTN işi”ndə zərərçəkmiş qismində tanınan iş adamı Orxan Abdullayevin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə və onun keçmiş müavini, eyni zamanda 1-ci şöbənin sabiq rəisi Yasin Məmmədova qarşı mülki iddiası təmin edilib.  Qaynarinfo xəbər verir ki, Orxan Abdullayev Səbail Rayon Məhkəməsində qaldırdığı iddiasında Mövlam Şıxəliyev …

Ətraflı oxu »

Azərbaycanda məhkəmə sədrinin oğlu həbs olundu

Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin oğlu Məzahir Quliyev həbs edilib. Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda qeyd olunur. Məlumata görə, məhkəmə sədrinin oğlu Məzahir Quliyev dələduzluqda günahlandırılır. Onun barəsində istintaq orqanının təqdimatı ilə həbs-qətimkan tədbirinin seçildiyi deyilir. Məlumata görə, məhkəmə sədrinin oğlunun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə səbəb ikinci dəfə …

Ətraflı oxu »

Vaqif Xaçaturyanla bağlı çıxarılmış hökm qüvvədə qaldı

1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı qətliamda təqsirləndirilən Vaqif Xaçaturyan 15 il azadlıqdan məhrum edilməsi barədə hökmdən apelyasiya şikayəti vermişdi. Həmin şikayətə yanvarın 15-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmə prosesində Vaqif Xaçaturyanın özü, vəkili Radmila Abdılova və prokuror çıxış edib. Vəkil …

Ətraflı oxu »

Habil Vəliyev yenə şantajda ittiham edilir – QƏRAR

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin saxlanılma səbəbi məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sayt rəhbəri bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli …

Ətraflı oxu »

Fazil Mustafaya sui-qəsddə ittiham olunanlar onun məhkəmədə iştirakını tələb edir

“Gəlsin, görək…” Milli Məclisin üzvü Fazil Musatafaya qarşı silahlı hücumla əlaqədar məhkəmə prosesi başlayıb. Deputata qarşı sui-qəddə ittiham olunan 5 nəfərin – Azər Səricanov, Səbuhi Şirinov, Rəşad Əhmədov, Emin Əliyarov və Elşad Əsgərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Deputatla bağlı cinayət işinin məhkəmə araşdırması Elnur Nuriyevin sədrliyilə, Kamran Muxtarov …

Ətraflı oxu »

Avropa İttifaqının Azərbaycanın regionlarında kənd təsərrüfatına ayırdığı pullar mənimsənilib?

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Goranboy, Tovuz, Ağstafa, Şəmkir və başqa rayonlarda kənd təsərrüfatının inkişafı üçün ayırdığı 423 min avro vəsaitin bir hissəsini mənimsəməkdə ittiham olunan Ramin Məmmədovun məhkəməsi başlayıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) …

Ətraflı oxu »

“Vurulan pulların 20 faizi Maliyyələşmə, 40 faizi isə Təftiş şöbəsinə geri qaytarılırdı”

Müdafiə Nazirliyinin tabeliyində olan Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. İttihama görə, Rəşid Məlikzadə Müdafiə Nazirliyinin Büdcə və Maliyyə İdarəsinin rəisi, general-mayor …

Ətraflı oxu »

Ev dustağı edilən baş həkim və şöbə müdiri kimdir – DOSYE

Yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı tibb müəssisəsinin 3 vəzifəli şəxsi barəsində ev dustaqlığı qərarı verilib. Barəsində ev dustaqlığı verilən Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya …

Ətraflı oxu »