Bazar ertəsi , May 13 2024
Ana səhifə / Kriminal / Partlayışla bağlı əsassız məlumat yayanlar cəzalandırılacaq

Partlayışla bağlı əsassız məlumat yayanlar cəzalandırılacaq

“Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib”.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Hüquq-mühafizə orqanı bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırıb.
Bildirilib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər tərəfindən 9 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib:
“Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır”.

Həmçinin oxuyun

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti …