Çərşənbə , May 8 2024
Ana səhifə / İqtisadiyyat (səhifə 568)

İqtisadiyyat

CHP lideri istefa verir

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu mayın 12-də istefa verəcək. Axar.az xəbər verir ki, bunu partiya liderinin qardaşı Cəlal Kılıçdaroğlu Tvitter hesabında yazıb. Məsələ ilə bağlı CHP lideri açıqlama verməyib. Qeyd edək ki, 16 aprel referendumundan sonra ana müxalifət partiyasının daxilində qeyri-müəyyənlik hökm sürür.

Ətraflı oxu »

Dəvəquşu onu qucaqlamaq istəyən kişiyə hücum etdi – VİDEO

Cənubi Afrika Respublikasında dəvəquşu onu qucaqlamaq istəyən kişiyə hücum edib. Belə ki, həmin anın videogörüntüləri “Youtube” video portalında yayımlanıb. Videogörüntülərdən aydın olur ki, kişi dəvəquşuna yaxınlaşan zaman quş təhlükə hiss etdiyindən ona hücum edib və yerə yıxıb. Yaxınlıqda olan şəxslər dəvəquşunu qorxutduqdan sonra quş oradan uzaqlaşıb. (Musavat.com)

Ətraflı oxu »

Nəsimi rayon İcra Hakimiyyəti  ABŞ-ın Kaliforniya ştatında silsilə tədbirlər keçirəcək

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ABŞ-ın Kaliforniya ştatında Azərbaycan xalqının Ümumilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinə başlanır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xalqımızın …

Ətraflı oxu »

“WikiLeaks”: Makrona dair konfidensial informasiyaların sızmasında Rusiyanın izi var

“WikiLeaks” saytı Fransa prezidenti postuna namizəd Emmanuel Makronun seçki qərargahının konfidensial yazışmalarının sızmasında doqquz dəfə Rusiya şirkətinin əməkdaşının adının hallandığını bəyan edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “WikiLeaks”-in “Tvitter”-dəki səhifəsində dərc edilmiş məlumatda bildirilir. “Sızan “xls_cendric.rar” arxivi üzrə məlumat bazasında Rusiya hökumətinin podratçı “Evrika” şirkətinin əməkdaşının adı …

Ətraflı oxu »

CHP sədrinin müavini və partiyanın sözçüsü tutduğu vəzifələrdən istefa verib

Türkiyədə ana müxalifət Cümhurriyyət Xalq Partiyası (CHP) sədrinin iqtisadi məsələlər üzrə müavini və təşkilatın sözçüsü Selin Sayek Böke tutduğu vəzifələrdən istefa verib. “Report” Haber 7-yə istinadən xəbər verir ki, o, barədə sosial şəbəkədəki səhifəsində yazıb. Selin Sayek Böke partiyanın uğursuzluğuna görə CHP sədri Kamal Kılıçdaroğlunu ittiham edib.

Ətraflı oxu »

Beşinci Respublikanın onuncu prezidenti kim olacaq? – TƏHLİL

2012-ci ildə yenicə prezident seçilmiş Fransua Olland Yelisey Sarayına köçəndə verdiyi ilk sual belə olmuşdu: “Buradan gizlin çıxmaq üçün arxa qapı varmı?” Sonradan məlum oldu ki, Olland bunu sevgilisi, aktrisa Jülu Qaye üçün soruşurmuş. Amma bu ilk sualın sehri sanki onun bütün prezidentlik müddətində əks olundu. Ollandın özü də elə …

Ətraflı oxu »

Türkiyə vətəndaşlıq 1,5 milyona alına biləcək

Türkiyəyə 1,5 milyon dollar investisiya yatıran xarici investorlar onun vətəndaşlığını ala biləcəklər. Axar.az xəbər verir ki, bu barədə informasiya Türkiyənin “Rəsmi qəzet”ində yer alıb. İnvestorların vətəndaşlıq alması üçün irəli sürülən digər şərt isə nəzərdə tutulan investisiyanın Türkiyədə 3 il ərzində qalmasıdır. İnvestora vətəndaşlıq verilməsi haqqında qərarı Türkiyə hökuməti verəcək.

Ətraflı oxu »

Dünya üçün dəhşət: Yeni növ ölümcül xəstəlik yarandı

Qərbi Afrikada yeni növ ölümcül xəstəlik qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə məlumat Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsanların Rifahına Nəzarət Federal Xidmətinin saytında yer alıb. Bildirilir ki, 23 apreldən 4 maya qədərki müddətdə Liberiyadakı rayonlardan birində 28 nəfər xəstələnib. Analizlər nəticəsində xəstəliyin Ebola virusundan yaranmadığı aşkar olunub. …

Ətraflı oxu »

Məşhur kinoaktyor karyerasını başa vurur

Məşhur Fransa aktyoru Alen Delon bu ilin payızında kino karyerasını başa  vuracağını bəyan edib. APA-nın verdiyi xəbərə görə, aktyor sonuncu rolunu rejissor Patris Lekontun filmində oynayacaq. “Bu mənim son filmim olacaq. Mən artıq boksçu kimi lüzumsuz döyüşlərdə iştirak etmək istəmirəm” — deyə A.Delon bildirib. Onun sözlərinə görə, məhəbbət əhvalatından bəhs edən …

Ətraflı oxu »

Venesuelada Uqo Çavesin heykəli dağıdıldı – VİDEO

Venesuelanın Vilya-del-Rosario şəhərində etirazçılar sabiq prezident Uqo Çavesin heykəlini dağıdıblar. Bu barədə “Nacional” qəzeti məlumat verib. Venesuela hökuməti insidentlə əlaqədar hələ ki, şərh verməyib. Aprelin 4-də Ali Məhkəmə müxalif parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb Konstitusiya Assambleyasının …

Ətraflı oxu »