Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Məşhur kinoaktyor karyerasını başa vurur

Məşhur kinoaktyor karyerasını başa vurur

Məşhur Fransa aktyoru Alen Delon bu ilin payızında kino karyerasını başa  vuracağını bəyan edib.

APA-nın verdiyi xəbərə görə, aktyor sonuncu rolunu rejissor Patris Lekontun filmində oynayacaq. “Bu mənim son filmim olacaq. Mən artıq boksçu kimi lüzumsuz döyüşlərdə iştirak etmək istəmirəm” — deyə A.Delon bildirib.

Onun sözlərinə görə, məhəbbət əhvalatından bəhs edən filmdə onun partnyoru aktrisa Jülyet Binoş olacaq.

Qeyd edək ki, son dəfə kinoda A.Delon 2008-ci ildə, “Asteriks və Obeliks Olimpiya Oyunlarında” filmində çəkilib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın