Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “WikiLeaks”: Makrona dair konfidensial informasiyaların sızmasında Rusiyanın izi var

“WikiLeaks”: Makrona dair konfidensial informasiyaların sızmasında Rusiyanın izi var

“WikiLeaks” saytı Fransa prezidenti postuna namizəd Emmanuel Makronun seçki qərargahının konfidensial yazışmalarının sızmasında doqquz dəfə Rusiya şirkətinin əməkdaşının adının hallandığını bəyan edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “WikiLeaks”-in “Tvitter”-dəki səhifəsində dərc edilmiş məlumatda bildirilir.

“Sızan “xls_cendric.rar” arxivi üzrə məlumat bazasında Rusiya hökumətinin podratçı “Evrika” şirkətinin əməkdaşının adı 9 dəfə hallanır”, – deyə açıqlamada qeyd olunur. “WikiLeaks” müxtəlif tarixlərin qeyd olunduğu cədvəlin görüntüsünü də dərc edib. Həmin cədvəldə Roşka Georgi Petroviç adı 9 yerdə hallanır.

“WikiLeaks”in digər məlumatında isə yuxarıda qeyd olunan “Evrika” şirkətinin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqəli olduğu qeyd olunub.

Bundan əvvəl “WikiLeaks” Fransa prezidenti postuna namizəd Emmanuel Makronun seçki qərargahının konfidensial yazışmalarının sızması barədə məlumat yayıb.

Qeyd edək ki, Makronun komandası bir neçə gün əvvəl qərargahın elektron poçtunun haker hücumuna məruz qaldığını bəyan etmişdi. Nəticədə seçki qərargahına məxsus konfidensial informasiyaların sızması baş vermişdi.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın