Ana səhifə / Gündəm (səhifə 268)

Gündəm

“Mən lotuyam…” – deyən yol polisi haqda tanınmış vəkildən sensasion iddialar – FOTO 

Tanınmış vəkil Aslan İsmayılovla Dövlət Yol Polisinin (DYP) əməkdaşları arasında ciddi insident baş verib. Məlumata görə, bu barədə A.İsmayılov özü məlumat verib. Vəkil bldirib ki, “Azneft” dairəsi yaxınlığında yol polisi onu saxlayıb, mayor rütbəli zabit və bir çavuş tərəfindən təhqirlərə məruz qalıb. Vəkil özünün “Facebook” səhifəsində bu barədə yazır: “Bu …

Ətraflı oxu »

Yanan bina ilə “MTN işi” arasındakı bağlılıq nədir?

Bu günlərdə “MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə ibtidai istintaqın müddəti növbəti dəfə iyunun 17-dək uzadıldı. İstintaqın iyundan sentyabra, sentyabrdan ilin sonuna kimi uzadılacağı da gözləniləndir. Yada salaq ki, cinayət işi üzrə istintaqın başlanması barədə qərar 2015-ci il oktyabrın 17-də verilib. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır …

Ətraflı oxu »

“Polkovnikin evi”, hasarlanan magistral yol: Blokadaya alınan dəniz sahilindən REPORTAJ – FOTOLAR, VİDEO

Bəzi Bakıətrafı qəsəbələrdə dənizin yüksək vəzifəli şəxslər tərəfindən “özəlləşdirilməsi” və hasara alınması son günlər yenidən gündəmə gəlib. Hətta bu məsələ bir neçə dəfə Milli Məclisdə də qaldırılıb. Bir çox millət vəkilləri dənizin xalqa məxsus olduğunu bildirərək, hasarlanmaya etiraz ediblər.  Düzdür, 2008-ci ildə verilən sərəncama əsasən, dəniz sahilindən 20-50 metrə qədər …

Ətraflı oxu »

Novruz bayramında Azərbaycan otellərində qiymətlər (CƏDVƏL)

Azərbaycanda böyük təntənə ilə qeyd edilən Novruz Bayramında vətəndaşlar istirahət üçün xarici ölkələrə üz tuturlar. Ancaq yerli istirahət mərkəzlərinə yollananlar da az deyil.  Azərbaycanda ən uzun tətil olan Novruzda rayonlara getmək istəyənlər üçün BAKU.WS qiymətlərlə maraqlanıb. Təbiətin qoynunda istirahət etmək istəyənlər lyuks otellərdə bayramı qeyd edəcək. Qafqaz Sport Hotel Qəbələ …

Ətraflı oxu »

Şərifovu kimlər və niyə şərləyir?

İndi dünyanın elə bir vaxtıdır ki, saxta “Filankəs filan dövlətin agentidir” ittihamı, iftirası, iddiası ilə adamı güllə qabağına çıxarmaq, türməyə saldırmaq mümkün deyil.  Ancaq dünyanın elə zamanıdır ki, eyni ittihamla adamı işdən çıxartdırmaq, gözdən salmaq olar. Məkan SSRİ, zaman 1935-39 arası olsaydı, Rusiya prezidenti Putinin qrup yoldaşı Yuri Şvetsin bir …

Ətraflı oxu »

Pirallahı sakinləri məhkəmə işlərini niyə Xəzər rayonunda həll edir?

Pirallahı rayonunun yaranmasından 4 ildən artıq vaxt keçsə də, hələ də əhali bir çox problemlərini həll etmək üçün qonşu rayonların müvafiq qurumlarının qapısını döyür. Rayonda Polis Şöbəsi, Mənzil Kommunal Təsərrüfatı Birliyi, “Sukanal” İdarəsi kimi qurumlar olsa da, digər qurumlar yaradılmayıb. Rayonun müvafiq qurumlarının nə vaxt yaradılacağını öyrənmək üçün Rayon İcra …

Ətraflı oxu »

Neftçaladakı internat məktəbi ilə bağlı şok faktlar – Şikayət

Uluyol.info xəbər verir ki,Neftçala məktəbləri arasında ən çox şikayətin gəldiyi,yeyintinin müşahidə olunduğu M.Səfərov adına İnternat məktəbidir.Rayon sakini,eləcədə adı çəkilən məktəbdə müəllim kimi çalışan Nəsirov Əbülfəz Böyükağa oğlunun göndərdiyi şikayət-məktubun təqdim edirik: “Məktəbimizlə bağlı mətbuatda bir neçədəfə məlumatlar yayılıb.Amma təəssüf ki,problem olduğu kimi qalıb. Yenidən yazıb sizlərə məlum edirəm ki,Neftçala M.Səfərov …

Ətraflı oxu »

“Kreslosu laxlayan” icra başçıları: Siyahıda daha kimlər var?

İctimaiyyətdə “balaca padşahlar” kimi də adlandırılan icra başçılarının son günlər “kresloları laxlayır”. Ekspertlər hesab edirlər ki, manatın ikinci devalvasiyasından sonra rayonlarda baş verən etiraz aksiyaları icra başçılarının fəaliyyətlərinə hökumət tərəfindən nəzarəti bir qədər də artırıb. Nəticədə isə bir çox icra başçılarının fəaliyyətlərində ciddi nöqsanlar aşkarlanıb. Təsadüfi deyil ki, Prezident İlham …

Ətraflı oxu »

Nəriman Əliyevin biznesi əlindən alındı

Deputatın kürəkəni ilə bərabər, Akif Çovdarovun şirkətdəki nümayəndəsi də həbs olunubmuş Ötən gün xəbər vermişdik ki, deputat Nəriman Əliyevin MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığının üzə çıxmasından sonra yaxın qohumu həbs olunub. JAM.AZ-a bu barədə məlumat verən mənbə bildirmişdi ki, millət vəkilinin bacısının əri hazırda bu işlərdən …

Ətraflı oxu »

Baş prokurordan “MTN işi” ilə bağlı qərar – Əməliyyat tədbirləri davam edir

“MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə ibtidai istintaqın müddəti artırılıb. Bununla bağlı baş prokuror Zakir Qaralov tərəfindən qərar qəbul edilib. Qərara əsasən, istintaqın müddəti iyunun 17-dək uzadılıb. Cinayət işi üzrə istintaqın başlanması barədə qərar ötən il oktyabrın 17-də verilib. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə dair …

Ətraflı oxu »