Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Nəriman Əliyevin biznesi əlindən alındı

Nəriman Əliyevin biznesi əlindən alındı

Deputatın kürəkəni ilə bərabər, Akif Çovdarovun şirkətdəki nümayəndəsi də həbs olunubmuş

Ötən gün xəbər vermişdik ki, deputat Nəriman Əliyevin MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığının üzə çıxmasından sonra yaxın qohumu həbs olunub. JAM.AZ-a bu barədə məlumat verən mənbə bildirmişdi ki, millət vəkilinin bacısının əri hazırda bu işlərdən dolayı həbsdədir. Özü isə istintaqa ifadə verməklə, hələlik yaxasını kənara çəkə bilib.

Lakin daxil olan yeni məlumatlarda kifayət qədər maraqlı məqamlar yer alıb. JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, Nəriman Əliyevin «Nur M» şirkəti uzun illər Akif Çovdarovla şərikli fəaliyyət göstərib. Bu şirkət əsasən İrandan xurma, kişmiş, quru meyvə gətirməklə məşğul olub. Hətta bu məhsullar üzrə monpolist kimi çıxış edib.

Ancaq deputatın başqa bir biznesi daha varmış ki, o da gömrüklə bağlıymış. Belə ki, Nəriman Əliyev Akif Çovdarovun dəstəyi sayəsində Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını həyata keçirib. İddialara görə, deputatın müsadirə olunmuş malları yığmaq üçün böyük anbarları da varmış.

Qeyd edilir ki, Nəriman Əliyevin şirkət işlərini bacısının əri həyata keçirib və bütün mühasibatlıq işləri də onda olub. JAM.AZ-a verilən məlumatda bildirilir ki, Çovdarov olayına görə, təkcə deputatın kürəkəni deyil, həmçinin biznes ortağının şirkətdəki daimi nümayəndəsi də yaxalanıb. Onlara qarşı hansı maddə üzrə cinayət işinin açıldığı isə hələlik məlum deyil.

Bu əsnada, JAM.AZ-a belə bir məlumat da gəlib. Həmin məlumağda vurğulanır ki, deputat Nəriman Əliyevin son olaylardan dolayı, xüsusən də «MTN işi»ylə əlaqədar olaraq biznesinə əl qoyulub. Hazırda millət vəkilinin nəzarətində olmuş şirkətin işləri dondurulub və fəaliyyət göstərəcəyi isə naməlumdur. Mümkün versiyalardan biri odur ki, həmin şirkət bundan sonra başqa bir məmurun himayəsi altında fəaliyyətinə davam edəcək. Lakin onun başında Nəriman Əliyevin durması imkansızdır. Hətta oradan pay alması da mümkün olmayacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın