Ana səhifə / Gündəm / Pirallahı sakinləri məhkəmə işlərini niyə Xəzər rayonunda həll edir?

Pirallahı sakinləri məhkəmə işlərini niyə Xəzər rayonunda həll edir?

Pirallahı rayonunun yaranmasından 4 ildən artıq vaxt keçsə də, hələ də əhali bir çox problemlərini həll etmək üçün qonşu rayonların müvafiq qurumlarının qapısını döyür.

Rayonda Polis Şöbəsi, Mənzil Kommunal Təsərrüfatı Birliyi, “Sukanal” İdarəsi kimi qurumlar olsa da, digər qurumlar yaradılmayıb. Rayonun müvafiq qurumlarının nə vaxt yaradılacağını öyrənmək üçün Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanovvirtualaz.org-a rayonda yalnız Polis Şöbəsinin yaradıldığını təsdiq etdi:

“Pirallahı rayonu 2012-ci ildə yaradılıb. Rayon yaradılanda bütün qurumların yaradılması nəzərdə tutulub. Hələ ki rayon əhalisi prokurorluq, səfərbərlik və hərbi xidmətə çağırış və məhkəmə problemləri ilə bağlı Xəzər rayonuna müraciət edir. Bu qurumların nə vaxt yaradılacağını dəqiq demək mümkün deyil, amma gələcəkdə  yaradılması nəzərdə tutulub”.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın