Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət (səhifə 755)

Cəmiyyət

Azərbaycanda bu səbəbdən boşanmaların sayı artıb

Azərbaycanda sonsuzluq səbəbindən nikahların pozulması halları 33,5 faiz artıb. Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, 2018-ci ildə Azərbaycanda uşaqların olmaması səbəbindən 785 nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə bu səbəbdən nikahların pozulması halları 588 olub.Nazirlikdən bildirilib ki, Azərbaycanda nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmaması, …

Ətraflı oxu »

Bakıda İran İslam İnqilabının 40-cı ildönümü qeyd edilib

Bu gün Bakıda İran İslam İnqilabının 40-cı ildönümü münasibəti ilə rəsmi ziyafət təşkil edilib. Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.  İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İranın inqilabdan ötən 40 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb.  Səfir qeyd edib ki, İranİslam Respublikası bu müddətdə regional …

Ətraflı oxu »

Azərbaycan səmasında naməlum obyekt (VİDEO)

Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb. Uçan naməlum obyekt Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometliyində yerləşən Beşbarmaq dağının yaxınlığında qeydə alınıb. Bu barədə həmin ərazidə olan vətəndaşlardan biri naməlum uçan obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. O iddia edib ki, fotoda əks olunan obyekt heç bir kompüter proqramı vasitəsilə montaj …

Ətraflı oxu »

Azərbaycanın ikiyə bölünməsindən 191 il ötür – TARİX

Bu gün Azərbaycanın taleyində həlledici təsirləri olan Türkmənçay sülh müqaviləsinin imzalanmasından 190 il ötür. Bu müqavilə ilə iki il davam edən II Rusiya-İran müharibəsi başa çatıb. Müqaviləni Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Fətəli şahın oğlu Şahzadə Abbas Mirzə imzalayıblar. Müqaviləyə əsasən, Araz çayından şimaldakı …

Ətraflı oxu »

Masaçusets Universitetinin azərbaycanlı professoru – FOTOLAR

O, uzun illər Azərbaycan Tibb İnstitutunun biokimya kafedrasının müdiri işləmiş, sonradan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında biokimya kafedrasına rəhbərlik etmiş, 29 yaşından tibb elmləri doktoru olmuş, mərhum professor Akif Məmmədovun yadigarıdır. Babası Əliş Məmmədov Şuşa Realnı Məktəbini bitirərək, uzun illər Bakıdakı orta məktəblərdə müəllimlik edib. Anası Rəna Əliyeva tibb …

Ətraflı oxu »

Uşaqları niyə atırlar: Bakıda və Bərdədəki hadisələri yaradan səbəblər

Dünya və Azərbaycanda atılan uşaqlarla bağlı hekayələr, çıxış yolları, daha nələr… Bu günlərdə Bərdədə iki uşağını atan ana barədə xəbərlər medianın gündəmində idi.  Jurnalistlər hadisənin ayrı-ayrı tərəfləri ilə onu dəyərləndirməyə çalışsa da, problemin köklü həllinə ehtiyac var. “Bərdədə ana tərəfindən küçəyə atılan uşaqların müvəqqəti olaraq uşaq evinə verilməsini istəyirik”.  Bunu …

Ətraflı oxu »

Ötən il yol qaydalarını pozanlara neçə milyon cərimə yazılıb?

2018-ci il ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3409,7 min olub. Xətaların 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən illə müqayisədə 4,3 faiz az), 14,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (57,6 …

Ətraflı oxu »

ADA Universiteti orta ixtisas üzrə də kadr hazırlayacaq

Prezident İlham Əliyev “ADA” Universitetinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Dəyişikliyə əsasən, ADA Universiteti ali təhsilin bütün səviyyələri və orta ixtisas təhsili üzrə kadr hazırlığını, ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsi olacaq. Universitetin tərkibinə …

Ətraflı oxu »

Müdafiə Nazirliyinin hərbi hissələrində Mübariz İbrahimov anılıb – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə hərbi hissələrdə və xüsusi təyinatlı tədris müəssisələrində anım mərasimləri keçirilib. Azinforum.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, hərbi qulluqçular Mübariz İbrahimovun II Fəxri Xiyabandakı məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Vətənimizin azadlığı uğrunda canlarını …

Ətraflı oxu »

MTRŞ: Cinsi zəiflik kimi mövzuların açıq şəkildə müzakirəyə çıxarılması efirdə xoş mənzərə yaratmır

“Bir sıra tibbi verilişlərdə mütəmadi olaraq kişi və qadınlarda cinsi zəiflik və digər bu kimi mövzuların açıq şəkildə, təfərrüatlı müzakirəyə çıxarılması efirdə xoş mənzərə yaratmır. Əslində, tibbi maarifləndirmə baxımından bu tip mövzuların efirdə müəyyən səviyyədə müzakirəsi məqbul hesab edilə bilər. Lakin hazırda efirə gedən verilişlərdə sözügedən mövzu ətrafında lüzumsuz bir …

Ətraflı oxu »