Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Müdafiə Nazirliyinin hərbi hissələrində Mübariz İbrahimov anılıb – FOTO

Müdafiə Nazirliyinin hərbi hissələrində Mübariz İbrahimov anılıb – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə hərbi hissələrdə və xüsusi təyinatlı tədris müəssisələrində anım mərasimləri keçirilib.

Azinforum.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, hərbi qulluqçular Mübariz İbrahimovun II Fəxri Xiyabandakı məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Tədbirlərdə çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonrakı gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.

Tədbir çərçivəsində məktəblilər Milli Qəhrəmanın xidmət etdiyi hərbi hissədə olub, Müdafiə Nazirliyinin hərbi qulluqçuları isə Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə görüşüblər.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …