Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 176)

Cəbhə Xəbərləri

Şaxta baba, artıq ümidim sənədir! – Könül QULİYEVA

Yeni ilin gəlişinə artıq sayılı günlər qalır. Hər tərəfdə Yeni ilin gəlişi toy-bayram kimi qeyd olunur. Parklarda şam ağacları quraşdırılır, küçələrdəki bütün ağaclara, mağazaların şüşələrinə müxtəlif bər-bəzək, rəngli işıqlar vurulur. Şaxta baba, Qar qız Yeni ilin gəlişinin müjdəçisi olaraq uşaqlara xoşbəxt anlar yaşadır. Sanki hər kəs bayram içində səbirsizliklə, xoşbəxtcəsinə …

Ətraflı oxu »

Şokolad da acı dadır – Zahid ORUC

“Poroşenkonun Ukraynası” ifadəsi Maydan inqilabından sonra qurulmuş yeni hakimiyyətin siyasi arxitekturasını dolğun əks etdirmədiyindən ayrı termindən yararlanmalı olacağıq.Əvvəlcə gəlin bir az tarixə qayıdaq. Bolşeviklər Leninin rəhbərliyi altında çarizmin qəbrini qazanda Rusiyada bir neçə yeni hökumət qurulmuşdu,lakin fəhlə-kəndli sinfi adından çıxış edən burjuyların və ağqvardiyaçı generalların ikihakimiyyətliyini hətta nəhəng təbliğat maşınına …

Ətraflı oxu »

Məni bağışla, Mustafa! – Könül Quliyeva

Mus…Mus… deyincə elə birdəfəlik Mustafa deyəcəm. Bəli, sözümün canı Mustafadır. Ancaq bu, sizin düşündüyünüz “türkün məsəli” Mustafadan deyil. Mənim 4 ildir üzünü görmədiyim, səsini eşitmədiyim, hər gün qoxusunu burnumda hiss etdiyim, həm çox ağıllı, həm də özünəməxsus nadincliyi olan, dəli-dolu Mustafamdır. Biz ayrı düşəndə onun 5 yaşı var idi. O, …

Ətraflı oxu »

Mənsimovun gəmilərini necə batıraq? – Əlişir Əhəd

[email protected] Dəniz müharibələri tarixində çox döyüşlər var. Ən çətin döyüş açıq dəniz döyüşüdür. Adətən, zəif rəqiblər güclü rəqibi açıq dənizdə yenmək üçün ya çox yaxşı strateq olmalıdır, ya gecə qayalar arxasında pusqu quracaq  qədər hiyləgər, ya da hər cür ləkə yaxacaq qədər həyasız. Güclü bir admiralı ya xəyanətlə, ya böhtanla, ya …

Ətraflı oxu »

Gizli neft oyunları – Seymur Süleymanov

Türkiyə sərhəddə Rusiya hərbi təyyarəsini vurmaqla özünün həm xarici siyasətinə, həm də iqtisadiyyatına zərbə vurmuş oldu. Amma əsas məsələ bunun səbəbidir: Niyə? Rusiya hərbi təyyarəsi Türkiyənin dediyinə görə, öz ərazisində, Rusiyanın dediyinə görə isə Suriya ərazisində vurulub. Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, vurulan təyyarənin Türkiyənin güvənliyi baxımından heç bir …

Ətraflı oxu »

Anamın adı – Ləman Ələşrəfqızı

Bəlkə də bu yazını heç yazmayacaqdım. Bəlkə də anamın adının mənası məni bu qədər düşünməyə vadar etməyəcəkdi. Əlbəttə ki, əgər Nazirlər Kabineti yanında Terminologiya Komissiyası 217 adı ləğv etməsəydi və o adlardan da biri mənim anamın adı olmasaydı. Yox, anamın adı nə Kolxozdu, nə Şüşəbənd! Amma etiraf edim ki, anam …

Ətraflı oxu »

Naqifin naqisliyi – Xalid Kazımlı

Baxırsan, bir damcı uşaqdır, amma özündən, yaşından, ranqından böyük-böyük sözlər danışır. Əslində deputata “bir damcı uşaq” demək təbiri-caiz deyil, amma o gənci nə Gəncə xalqı özünə deputat seçib, nə də onun özü deputat olmağa layiqdir. İllərdən bəri hakimiyyətə yarınan, bir çox xırda-para işlərə yarayan bu gənci, sovet dövrünün ibarəsi ilə …

Ətraflı oxu »

Sərxoş Təranə, fürsətcil TV-lər və davakar DYP inspektoru – Asif Mərzili

…ATV məlumat yayıb ki, tanınmış prodüser Təranə Səmədova Bakıda sükan arxasında sərxoş vəziyyətdə saxlanılıb. Belə ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə küçəsində “Hyundai” markalı avtomobilə “Saxla!” əmri veriblər. Sürücü əmrə tabe olmayıb və qaçmağa cəhd göstərib. Yol polisi avtomobili təxminən 3-4 kilometrdən sonra …

Ətraflı oxu »

Sələfilər əsl sələfidirmi?! – Vaqif Cəliloğlu

Özlərini sələfi adlandıranların bəzi görüşlərinin həqiqi sələfilərə məxsus olub-olmaması barəsində fikir müxtəlifliyi olduğu üçün, biz bu yazıda ümumi-mücərrəd sələfilərdən yox, ideologiyalarını Azərbaycan və Şimali Qafqaza ixrac edən vəhhabi mahiyyətli sələfilərdən bəhs edəcəyik. Yəni o sələfilərdən ki, ənənəvi məzhəblərə məxsus müxtəlif xalqların yaşadığı həmin regionda özlərini qəbul etdirmək üçün vəhhabi yox, …

Ətraflı oxu »

“Çəkməli” dərdim, çəkilməyəcək dərdim… –  Könül QULİYEVA

Həyat mənə çox şeyi çəkməyi öyrətdi – çəkməli, yaxud da çəkməsiz. Amma mənim dərdim çəkməli dərd deyil. Çəkə bilmədiyim dərdi də çəkməyi öyrətdiyi üçün bu dəfə həyat məni çəkməsiz qoydu. Ötən yazıda siçanın çəkmələrimi yeməsindən yazıb gileylənmişdim. Düzdür bütün dost-tanışlar mövzuya həssas yanaşsalar da deyəsən, çəkilməyən dərdimi “çəkmə”li dərd kimi …

Ətraflı oxu »