Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Gizli neft oyunları – Seymur Süleymanov

Gizli neft oyunları – Seymur Süleymanov

Türkiyə sərhəddə Rusiya hərbi təyyarəsini vurmaqla özünün həm xarici siyasətinə, həm də iqtisadiyyatına zərbə vurmuş oldu. Amma əsas məsələ bunun səbəbidir: Niyə?

Rusiya hərbi təyyarəsi Türkiyənin dediyinə görə, öz ərazisində, Rusiyanın dediyinə görə isə Suriya ərazisində vurulub. Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, vurulan təyyarənin Türkiyənin güvənliyi baxımından heç bir təhlükəsi yox idi.

O təyyarə Suriyadan `qara bazar`a neft daşıyan bir terror qrupunu vururdu – İŞİD-i. Bəlkə səbəb də elə budur – “gizli neft”?!

İŞİD son səkkiz ayda gizli yollarla qara bazarda ən azı 800 milyon dollarlıq nef satıb. Rusiya əməliyyatlara başlayandan bu yana İŞİD-in neft saxlanılan və emal edilən 15 obyektini, neft daşıyan 525 avtosisterni məhv edib. Kreml Suriyada əməliyyatlara başlayana qədər İŞİD hər gün `qara bazara` 60 min ton neft çıxarırdı. Bu da neftin qiymətinin düşməsinə, dolayısı ilə Rusiyanın zəifləməsinə ciddi təsir göstərib. Terrorçular neftin barrelini 20 dollardan satırdılar.

Ağ Ev nə zamandır ki, Ankara-Moskva arasında olan möhkəm, amma nazik ipi yandırmaq istəyirdi. Amma buna nail ola bilmirdi. Ta ki, Putin saman altından yox, dəniz üstündən `gizli` nefti Qərbə daşıyan tankerlərdən xəbər tutan günə qədər. Rusiya bunu biləndən sonra açıq şəkildə İŞİD-in gizli neft daşıyan nəqliyyat vasitələrini, o cümlədən, tankerlərini vurmağa başladı. Təyyarə hadisəsi bunun qisası idi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov boşuna deməmişdi ki, “Rusiya hava qüvvələri Suriyada terrorçuların neft tankerini bombaladığı sırada qonşumuz Türkiyə aşırı əsəbləşməyə başladı. Məncə, bunlar təsadüf deyil”.

Yadınızdadırsa, Putin Türkiyəyə gələndə Ərdoğan israrla ondan bir şey istəyirdi – “Bizi Şanxay Beşliyinə qəbul edin, Avropa Birliyinə xudahafiz deyək”. Ardınca bir televizya proqramında bəyan etmişdi ki, Şanxay Beşliyi daha güclüdür. Bəs nə oldu?

Ağ Ev Şərqdə istədiklərinə çatır. Bir qorxusu var idi – Türkiyə-Rusiya yaxınlaşması,- onu da həll etdi. Bu arada, Amerikanın dövlət xadimlərindən biri Zbiqnev Bzejinskinin məşhur sözü yada düşür. O deyirdi ki, “Dünyanın mərkəzi Avrasiyadır. Çünki əsas neft ehtiyatları orada cəmlənib. Və bu nefti də Amerika idarə etməlidir”.

Türkiyə ilə Rusiya arasında gərginliyin başlaması münasibətilə Vaşinqtonda badələrin necə qalxdığını təsəvvür etmək çətin deyil.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın