Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət (səhifə 736)

Cəmiyyət

“Müğənnilər tərəfindən ailəsi dağılanlara səslənirəm, utanmayın!”

13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə tərəfindən əlindən alındığını iddia edən Turanə Nəcəfovanın instaqramda açıqlaması yayılıb.   “Qafqazinfo” xəbər verir ki, T. Nəcəfova videoda sənətçilər tərəfindən ailəsi dağıdılan xanımlara səslənib: “Bəlkə də proqrama çıxmağımı düzgün anlayamayacaqsız, amma məcburam. Efirə çıxıb olanları etiraf edirəm. Müğənni tərəfindən ailəm dağıdılıb. Sonuncu dəfə Aysel …

Ətraflı oxu »

Afətin mahnısına “klip” çəkdilər, baş həkim işdən qovdu – Şok iddia +Video

Müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub.  “Qafqazinfo” xəbər verir ki, bu barədə teleaparıcı və prodüser Tarix Əliyev instagram hesabından video məlumat yayıb. Prodüser bildirib ki, məsələ ilə bağlı özü xəstəxananın baş həkimi Elçin Əmirova bir neçə nömrədən zəng …

Ətraflı oxu »

700-ə yaxın vəzifəli şəxs cərimələnib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ötən ildə aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 7.027,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb, təqsirkar şəxslər hesabına həmin vəsaitin 2.195,3 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb. Maliyyə Nazirliyinin …

Ətraflı oxu »

Ali məktəblərə tələbə qəbulu başladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib.  Mərkəzdən verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən aprelin 15-dək internet …

Ətraflı oxu »

Ayselin adı hallandığı ailə münaqişəsinin – Detalları

Müğənni Aysel Əlizadənin adı keçən qalmaqallı ailə münaqişəsi ilə bağlı iş məhkəmə instansiyalarında həll edilir. Lakin qərarların icra olunmadığını iddia edən iş adamı Nəcəfov Elçin Oruc oğlunun həyat yoldaşı Turanə Nəcəfovanın ailəsi müvafiq qurumlara müraciət edib. E.Nəcəfovun arvadı Turanə Nəcəfovanın nənəsi Manya Nəcəfova “Qafqazinfo” ilə əlaqə saxlayaraq Ali Məhkəmənin qərarından …

Ətraflı oxu »

Fərhad Xəlilov: “Bu vəsait ayrılmasa, ittifaqı saxlaya bilmərik”

“Bu vəsait ayrılmasa, ittifaq mövcud ola bilməz”. Bu sözləri ONA-ya açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov söyləyib. O bildirib ki, ittifaqın yaşaması üçün bu vəsaitin ayrılması vacibdir: “Rəssamlar İttifaqına ayrılan vəsait kommunal xərclərin ödənilməsinə, ittifaqda çalışanların maaşlarının ödənilməsinə xərclənəcək. Bu vəsait ayrılmasa, biz ittifaqı saxlaya bilmərik”. Qeyd …

Ətraflı oxu »

Rusiyada Qarabağla bağlı təxribatçı kitablar satılır

Moskva və Sankt-Peterburqun kitab mağazalarında erməniyönlü bələdçi kitabları aşkar edilib. Virtualaz.org yerli KIV-ə istinadən bildirir ki, “Gürcüstan, Ermənistan və Azərbaycan” adlı kitabda Dağlıq Qarabağ Azərbaycandan ayrı ərazi kimi təqdim edilib. Üstəlik, kitabda Qarabağla bağlı məlumatda buranın erməni mədəniyyətinin bir parçası olduğu, Azərbaycanın buranı öz ərazisi saydığı, eləcə də Qarabağ müharibəsinin xalqda …

Ətraflı oxu »

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Martın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu, R.Məmmədov küçəsi 23, 25 və 27 nömrəli evlərin əhatə etdiyi ümumi sahəsi 4100 kvadratmetr olan ərazidə abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib. “Bizim …

Ətraflı oxu »

Azərbaycanda 30 yaşlı gəlin YOXA ÇIXDI – Qayınanası axtarır

Lənkəranda qadın naməlum şəraitdə itkin düşüb. Azinforum.az Trend-ə istinadla xəbər verir ki, rayonun Şilavar kənd sakini Hüseynova Mirxanım Kamil qızı ərizə ilə polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan gəlini, 1989-cu il təvəllüdlü Panaliyeva Aynur Hüseynağa qızı martın 10-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. …

Ətraflı oxu »

“Nəsiminin qəzəlinin bu şəkildə malların üstünə yazılması yolverilməzdir” -Qurum rəsmisi işi nəzarətə götürdü…

Müğənni Afət Fərmanqızının məşhur şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini hind ritmləri üzərində oxumasından sonra şairin qəzəlini gözdən salan başqa əllər də peyda olub. Bu dəfə “Azgranata” şirkəti istehsal etdiyi “Vita 1000” meyvə şirəsinin üstünə  “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” sözlərini yazıb. Məsələ sosial şəbəkə istifadəçilərinin də haqlı …

Ətraflı oxu »