Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Afətin mahnısına “klip” çəkdilər, baş həkim işdən qovdu – Şok iddia +Video

Afətin mahnısına “klip” çəkdilər, baş həkim işdən qovdu – Şok iddia +Video

Müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə teleaparıcı və prodüser Tarix Əliyev instagram hesabından video məlumat yayıb. Prodüser bildirib ki, məsələ ilə bağlı özü xəstəxananın baş həkimi Elçin Əmirova bir neçə nömrədən zəng edib, lakin qarşı tərəfi telefona cavab verməyib. 

Daha sonra Tolik işdən çıxarılan xanım əməkdaşlardan biri ilə əlaqə saxlayıb. Özünü xəstəxananın tibb bacısı kimi təqdim edən İlahə adlı xanım bildirib ki, 10 saniyəlik videonu çəkərək şəxsi Instagram və Whatsapp hesablarından paylaşıb. Qadının iddiasına görə, martın 6-da səhər saat 10-nun yarısı baş həkim onları işə çağıraraq “siz məni bütün Azərbaycanda biyabır etdiniz” deyib və ərizə yazaraq işdən çıxmalarını tələb edib. 

Onun sözlərinə görə, nə qədər yalvarsalar da E. Əmirov onlara məhəl qoymayıb. Aylıq 160 manata işlədiyini deyən qadın işdən çıxarılan digər 4 nəfərin xəstəxanada tibb işçisi, bufetçi və xadimə çalışdıqlarını qeyd edib. 


Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …