Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət (səhifə 7)

Cəmiyyət

Leyla Əliyevadan Əminə ilə bağlı PAYLAŞIM

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qızı Əminəni ad günü münasibətilə təbrik edib. Belə ki, L.Əliyeva bu barədə instaqram səhifəsində yazıb. “Əminəni ad günü münasibəti ilə təbrik edirəm! Allahdan dünyanın bütün uşaqlarına cansağlığı diləyirəm! Hamıya təşəkkür edirəm”, – paylaşımda qeyd olunub.

Ətraflı oxu »

“Problem kinodur, kino da çəkilmir” – Rasim Balayev

Xalq artisti Rasim Balayevdən xəbər var.  Səhhətindən söz açan aktyor sədri olduğu Azərbaycan Kinematoqrafçılar ittifaqından da danışıb: “Yaxşıyam. Səhhətim babatdır, sağ ol! Bizim ən ümdə məqsədimiz kinonun çəkilməsidir. Kino da çəkilmir. Çox problem var, onu saymaqla bitməz. Bu gün çox təəssüf ki, vəziyyət belədir. O problemləri  sadalaya bilmərəm”.

Ətraflı oxu »

“Kontakt Home” sürücüsünü yol polisindən niyə gizlədir?

Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkələrindən biri olan “Kontakt Home”un sahibi “ABC- Telecom” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati protokol tərtib edilib.“ABC- Telecom” MMC barəsində tərtib olunan protokola Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə baxılacaq.Məlumat …

Ətraflı oxu »

Nizami Rəmziyə görə ailəsi dağılan müğənni: “Məktəbdə süpürgəçi, kafedə xadimə işlədim”

“Qızımla hündürmərtəbəli binanın zirzəmisində kirayədə yaşayıram. Qışda nəmişlikdən, yayda isə havasızlıqdan əziyyət çəkirik. Heç kimdən kömək görmürəm. Gözüm yollarda qalıb ki, bəlkə kimsə qapını döyüb, nəsə ərzaq gətirər. Vaxtilə İzzət Bağırov mənə yardım edirdi. 7-8 il bundan əvvəl. İndi ondan da xəbər yoxdur. Allahın acı bir soğanını da verən yoxdur. …

Ətraflı oxu »

Hesablama Palatası hüquq-mühafizə orqanlarına şikayətlərin sayını artırıb

Ötən il Hesablama Palatası hüquq-mühafizə orqanlarına müraciətlərin sayını 50 faiz artırıb.Palata 8 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 1 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib. Məlumatlar Hesablama Palatasının hesabatındandır. Sənədə əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin, …

Ətraflı oxu »

“Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur” – Şeyx

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 10-na təsadüf edir.Bu barədə Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında dərc olunan təbrik mətnində bildirilir.“Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının …

Ətraflı oxu »

“Vergi ombudsmanı hakimiyyətə xidmətlə məşğul olacaqsa…”

“Hesab edirəm ki, vergi ombudsmanının fəaliyyəti vergi ödəyiciləri, iş adamları ilə vergi orqanları arasında bu sahədə baş verən neqativ hallarda barışdırıcı rol oynayacaq. Bəzi problemli məsələlərin isə məhkəmələrə gedib çıxmadan həllinə çalışılacaq. Ümid edirəm ki, məhz belə də olacaq”. Bunu iqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ombudsmanı …

Ətraflı oxu »

Bakıda tarixi bina təhlükəli vəziyyətdədir – VİDEO

Bakının Xətai rayonu, Oksigen küçəsində yerləşən 131 yaşlı tarixi bina təhlükəli vəziyyətdədir. Sakinlər bildiriblər ki, təhlükəli vəziyyəti nəzərə alaraq ailələrin bir qismi məcburi olaraq binadan köçüblər. Yağışlı və küləkli günlərdə isə binada vəziyyət daha da təhlükəli olur. Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yaşayış məntəqəsi qəzalı …

Ətraflı oxu »

Ağdaban soyqırımından 32 il ötür

Bu gün Ağdaban soyqırımının ildönümüdür. Soyqırımın baş verməsindən 32 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, səkkiz nəfər 90-100 yaşlı qoca, iki …

Ətraflı oxu »