Ana səhifə / Aktual (səhifə 419)

Aktual

XİN-dən vətəndaşlara müraciət: “Təşvişə ehtiyac yoxdur”

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara müraciət edib. Müraciətdə deyilir: “Bildiyiniz kimi, dünyada COVİD-19 virusu yayılmağa başladığı andan Azərbaycan Respublikası Prezidentinin başçılığı altında Hökumətimiz sistemli şəkildə qabaqlayıcı və qoruyucu tədbirlər həyata keçirir, bununla yanaşı insanlar mütəmadi məlumatlandırılır. Öz növbəmizdə biz də vətəndaş məsuliyyətimizi anlamalı və həm özümüzə, həm də ətrafımıza qarşı …

Ətraflı oxu »

“Çətin dövrdə ən təhlükəlisi hakimiyyət avtoritetinin zəifləməsi barədə dezinformasiyaların yayılması ilə bağlıdır”

İnsanların evlərinə qapanması, iş yerləinin bağlanması, əhəmiyyətli ölçüdə maddi gəlirlərinin azalması, istirahət imkanlarının məhdudlaşdırılması zəruri və gözlənilən bir haldır və hələ bundan sonra da gələcək ən sərt tədbirlərə, məhdudiyyətlərə hazır olmamız təhlükəsizliyimiz baxımından qaçınılmaz yoldur. Bu proseslərdə adətən oğurluq, quldurluq, möhtəkirlik hallarının artması da tarixi təcrübəyə görə istisna olunmur. Bu …

Ətraflı oxu »

Xaricdən gətirilən maşınlarla bağlı baş nazirdən qərar

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Bu qaydalar Gömrük Məcəlləsinin 299.1-ci maddəsinə əsasən hazırlanıb və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların …

Ətraflı oxu »

Prezident müxalif partiya sədrlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib. Prezidentin təbrikini partiya sədrlərinə və digər simalara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. O deyib ki, Prezidentin tapşırığı ilə şəxsən …

Ətraflı oxu »

1 MİLYARD MANATDAN KİMLƏR PAY ALACAQ? – Hökumətin dəstək verəcəyi sahələr açıqlandı

Azərbaycan Respublikası Prezidenti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı imzalayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Kommunikasiya Departamentindən APA-ya …

Ətraflı oxu »

YAP koronavirusla mübarizəyə 200 min manat ayırdı

Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir. YAP mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, YAP Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında …

Ətraflı oxu »

Vilayət Eyvazov mayora yüksək vəzifə verdi

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Alay Komandirinin müavini vəzifəsinə yeni təyinat edib.Unikal.org-un əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin Alay Komandirinin şəxsi heyyət üzrə müavini vəzifəsinə polis mayoru Pərvin Səfərəliyev təyin olunub.Qeyd edək ki, bundan əvvəl …

Ətraflı oxu »

Koronavirusla bağlı Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlər həyata keçirilir – VİDEO

Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə olunan mübarizə tədbirləri çərçivəsində Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlər həyata keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası və hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər …

Ətraflı oxu »

Koronavirus rejimini pozanlar 5 ilədək həbs edilə bilər

Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliyi təsdiqləyib.  “Qafqazinfo” xəbər verir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması …

Ətraflı oxu »

Teymur Rəcəbov özünü karantinə alıb – Foto

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov özünü karantinə alıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə qrossmeysterin özü şəxsi instaqram hesabında paylaşım edib. O, artıq 8 gündür ki, izolyasiya olunduğu bildirib. Xatırladaq ki, Teymur Rəcəbov koronavirus təhlükəsi səbəbiylə Rusiyanın Yekaterinburq şəhərində keçirilməli olan iddiaçılar turnirinə qatılmaqdan imtina etmişdi.

Ətraflı oxu »