Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Prezident müxalif partiya sədrlərini təbrik edib

Prezident müxalif partiya sədrlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib.

Prezidentin təbrikini partiya sədrlərinə və digər simalara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. O deyib ki, Prezidentin tapşırığı ilə şəxsən onun adından partiya sədrlərinə, ictimai xadimlərə və onların ailələrinə xüsusi təbrikini çatdırır.

Bu barədə ilk məlumatı bir qədər fərqli redaktədə Xural TV-nin rəhbəri Əvəz Zeynallı Facebookdakı səhifəsində yayıb.

Ədalət Vəliyev.jpg

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …