Ana səhifə / Aktual (səhifə 1221)

Aktual

 Bu da Gültəkin Hacıbəylinin deputatlıq dövründə mənimsədiyi milyonluq mülklərin möhürlü SƏNƏDLƏRİ

Avropa.info saytı ötən saylarında özünü qaraguruh müxalifətin “Mat Tereza”sı hesab edən Gültəkin Hacıbəylinin millət vəkili olduğu dövrdə dəyəri milyon manatlarla ölçülən çox sayda mülk ələ keçirdiyi barədə sensasion yazı dərc etmişdi. Hacıbəylinin deputat olduğu dövrdə etdiyi qanunsuzluqların miqyasını dəyərli oxucunun diqqətinə çatdırmaq üçün onun ələ keçirdiyi mülklərin siyahını bir daha …

Ətraflı oxu »

Məscidə donuz girdi- Namazın qızğın çağında…- FOTOLAR

Müsəlmanların ibadətinin qaynar çağında məscidə çöl donuzu daxil olub. Moderator24.com yazır ki,  bu haqda “The Star” nəşri xəbər yayıb. Gözlənilməz olay Malayziyanın Sunqay Bulox şəhərində baş verib. İbadət məkanına girən qaban ora-bura vurnuxaraq namaz qılanlara hücum edib və onlardan birini yaralayıb. Daha çox insana xəsarət yetirəcəyindən ehtiyatlanan müsəlmanlar donuzu məscidin içindəcə …

Ətraflı oxu »

Lənkəranskinin qardaşı gömrük rəisi postuna qaytarıldı – Belə deyirlər…

“Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifova sui-qəsd ittihamı ilə İstanbulda həbs edilən və sonra bəraət alaraq sərbəst buraxılan polkovnik Namiq Canıyev Keşlə Gömrük Postu rəisi vəzifəsinə bərpa olunub. AzEuroNews.com-a verilən məlumatda iddia olunur ki, N.Canıyev həbsindən sonra gömrük postunda rəis vəzifəsindən azad olunsa da, bu günlərdə işinə qaytarılıb. Yerli …

Ətraflı oxu »

Nəsimi rayonunda Qadınlar günü qeyd olundu

8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan, şəhid ailələrini təmsil edən qadınların iştirakı ilə keçirilən bayram tədbirini Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq iştirakçıları bayram münasibəti …

Ətraflı oxu »

Azərbaycan Baş prokurorunun keçmiş 1-ci müavini təkbaşına aksiya keçirir

AXC hakimiyyəti dövründə Azərbaycan Baş prokurorunun 1-ci müavini olmuş İbrahim Tatıyev bu gün Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin binası qarşısında təkbaşına etiraz aksiyası keçirib. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, İbrahim Tatıyev Ukraynanın “müsəlman icmasına qarşı təqiblərin dayandırılmasını” tələb edib. Onun videomüraciəti YouTube-də yerləşdirilib. Tatıyev ukrayna, rus və ingilis dillərində …

Ətraflı oxu »

Velosipedlə səyahətə çıxan italiyalı cütlük Azərbaycanda – Video

İtaliyadan olan cütlük Makro Morani və həyat yoldaşı Amalia Siraqusa bir müddət əvvəl Asiyanı görmək arzusu ilə İtaliyadan yola çıxıblar. “Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Bakıda olan cütlük bu gün Cəlilabaddan keçiblər. Onlar azərbaycanlıların italyanlar kimi istiqanlı olduqlarını deyirlər. Turistlər yol boyu pula qənaət …

Ətraflı oxu »

“Əlimi Qurana qoyuram, sən də qoy” – Deputatdan sensasion müraciət

YAP icra katibinin müavini, Milli Məclisin  İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müxalifət liderlərinə müraciət edib. “ Azinforum.az ” musavat.com-a istinadən xəbər verir ki, deputat müraciətində hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə …

Ətraflı oxu »

Bu gün – ömrünün 70-ci ilində bizimlə vidalaşan Qadir Qədirzadə ürəklərimizdə həmişə yaşayacaq

İnsanın ömrü onun əməlləri qədərdir. Alını açıq, başı dik  yaşamaq və yaşadığın ömrə sığdırdığın xeyirxah işlər insana  ikinci ömür, ikinci həyat  qazandırır. Görkəmli etnoqraf alim, dəyərli ziyalı, gözəl insan Hacı Qadir Qədirzadə də ürəklərdə özünə sağlığında abidə ucaldan insan kimi həmişə yaşayacaq. O, 1948-ci ilin gözəl bir yaz günü-mayın 20-də …

Ətraflı oxu »

Gədəbəydə kartof zirzəmilərdə çürüyür, Bakı bazarlarında isə… – ARAŞDIRMA

Bu ilin əvvəllərindən etibarən bazarlarda xarici ölkələrdən idxal edilmiş kartofun bollaşması Azərbaycanın yerli məhsulunu-Gədəbəy kartofunu piştaxtalardan sıxışdırıb. Gədəbəydə kartofçuluqla məşğul olan kiçik fermerlər və fərdi təsərrüfat sahibləri becərdikləri məhsulun bir qisminin zirzəmilərdə qalıb çürüməsindən şikayətlənirlər. Çünki təxminən yanvarın ortalarından başlayaraq kəndlərdə onların məhsulunun alıcısı kəskin azalıb, yaxud ümumiyyətlə yoxa çıxıb. …

Ətraflı oxu »

Başçının müavini qalmaqallı çətir olayından danışdı: “Çətir tutdurmaqda nə problem var ki?” – FOTO

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Qazax rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun başı üzərində çətir tutdurması tənqid obyektinə çevrilib. Yayılan məlumata görə Rəcəb Babaşov Xocalı abidəsini ziyarət edərkən yağışdan qorunmaq üçün mühafizəçisinin çətir tutduğu foto əks olunub. Ancaq Azinforum.az saytının apardığı araşdırmadan sonra məlum olub ki, icra başçısına bu …

Ətraflı oxu »