Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Məscidə donuz girdi- Namazın qızğın çağında…- FOTOLAR

Məscidə donuz girdi- Namazın qızğın çağında…- FOTOLAR

Müsəlmanların ibadətinin qaynar çağında məscidə çöl donuzu daxil olub.
Moderator24.com yazır ki,  bu haqda “The Star” nəşri xəbər yayıb.
Gözlənilməz olay Malayziyanın Sunqay Bulox şəhərində baş verib. İbadət məkanına girən qaban ora-bura vurnuxaraq namaz qılanlara hücum edib və onlardan birini yaralayıb.
Daha çox insana xəsarət yetirəcəyindən ehtiyatlanan müsəlmanlar donuzu məscidin içindəcə güllələməyə məcbur olublar. Odur ki, döşəmənin xalçası qana bulaşıb. Yerli sakinlər dərhal məscidə toplanaraq imamlara ibadətgahın təmizlənməsində yaxından kömək ediblər.
Möminlər İslam şəriətinə uyğun olaraq ibadət zalını xüsusi ayinlər çərçivəsində yuduqdan sonra məsciddəki  bütün xalçaları yeniləri ilə əvəzləyiblər.
Bu cür yuma ayini 7 mərhələdə aparılır. Birinci mərhələdə çirklənmiş səthlər su və torpaq qarışığıyla paklanır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …