Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Ziddiyyətli məhkəmə qərarlarını nəzərə alaraq süni intellektli məhkəmə “error” verəcək”

“Ziddiyyətli məhkəmə qərarlarını nəzərə alaraq süni intellektli məhkəmə “error” verəcək”

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Ali Məhkəmə ilə bərabər yeni ildən süni intellekt əsasında Vahid Məhkəmə sistemini istifadəyə verəcək. Sistemin yaradılmasında 50 minə yaxın sənəddən istifadə edilib. Vətəndaşın verdiyi cavablar əsasında sistem məhkəmə qərarının nəticəsi ilə bağlı ehtimalı bildirəcək. Bu da vətəndaşlara məhkəməyə müraciət edib-etməməklə bağlı yardımçı olacaq. Əsas sual odur ki, niyə sistem cəmi 50 000 qərara əsaslanır? Təkcə Ali Məhkəmənin özü il ərzində 10 000-dən çox qərar qəbul edir. Deməli, Sistemdə mövcud məhkəmə təcrübəsini əks etdirən qərarLarın əksəriyyəti yoxdur. Seçimi kim və nəyə əsasən edib? Hər bir halda bu, çox subyektiv yanaşmadır”.

Bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, bütün qərarların sistemdə olması onun qeyri-işlək olmasına səbəb ola bilər: “Məhkəmə sistemimizin təbii intellekt və dürüstlük səviyyəsini, habelə bunun nəticəsi olan ziddiyyətli məhkəmə qərarlarını nəzərə alaraq süni intellektli məhkəmə, bir qayda olaraq, “error” verəcək! Bununla belə, hər bir halda müsbət addımdır. Tədricən sistemə bütün qərarlar yüklənəcək onsuz da. Bunun əsnasında da hakimlər daha məsuliyyətli olmağa vadar olacaq. Dəyişikliklər qaçılmazdır. Hüquqi dövlətə çevrilməyimiz taleyimizdir… Lakin onu da başa düşək ki, bu sistemin ən sürətli inkişafı halında belə, məhkəmə qərarlarının nisbətən dəqiq proqnozlaşdırılmasına azı 10 il vaxt lazımdır. Zir-zibil çoxdur, təmizlənməyə xeyli vaxt lazımdır…”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …