Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Zakir Həsənov Ordudakı islahatlardan DANIŞDI

Zakir Həsənov Ordudakı islahatlardan DANIŞDI

Vətən müharibəsindən sonra aparılan yeni islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub.

Bunu müdafiə naziri Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz Komando Təməl” və “Sualtı hücum xüsusi təyinatlısı” kurslarının növbəti buraxılış mərasimində deyib.

Nazir qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Həmçinin Z.Həsənov dəniz xüsusi təyinatlıları ilə görüşərək Vətən müharibəsi zamanı onların şücaətinin təqdirəlayiq olduğunu bildirib. Dəniz xüsusi təyinatlılarının göstərdikləri qəhrəmanlıqlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin onların hər birinə yüksək dəyər verdiyini xüsusi vurğulayıb.

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …