Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / “Xalqımız Vətən üçün lazım olan məqamda bir bayraq altında birləşməyi bacarır” – AKP

“Xalqımız Vətən üçün lazım olan məqamda bir bayraq altında birləşməyi bacarır” – AKP

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin

B   Ə   Y   A   N   A   T   I

30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızın azad olunmasında misilsiz qəhrəmanlıq göstərmiş Azərbaycan əsgəri bu gün qürurla başını dik tutaraq, 10 noyabr 2022-ci il tarixində əldə etmiş olduğu qələbənin növbəti ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edir.

Bu qələbənin qazanılmasında AR Prezidenti, Azərbaycan Hərbi Qüvvələrinin Ali Baş Komandanı yoldaş İlham Əliyevin əvəzsiz xidmətləri var. Məhz onun apardığı ardıcıl və qətiyyətli siyasətin nəticəsində Azərbaycan, dövlətçilik tarixində ilk dəfə olaraq istər hərb sahəsində, istərsə də diplomatik sahədə şərəfli bir qələbəyə imza atdı. Bu qələbədən narahat olan qüvvələr, xüsusi ilə də bəzi Qərb dövlətləri və müxtəlif beynəlxalq təşkilatlar ədalətsiz olaraq Azərbaycan Respublikasının ünvanına hədyanlar söyləməklə, onun zəfər savaşında qazanmış olduğu qələbəyə kölgə salmağa çalışırlar. Lakin heç kim unutmamalıdır ki, Azərbaycan xalqı Vətən üçün lazım olan məqamda bir bayraq altında birləşməyi bacarır. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Azərbaycan xalqını, Respublikada fəaliyyət göstərən bütün siyasi partiyaları və ictimai təşkilatları 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin növbəti ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir və onları Azərbaycan dövlətçiliyi naminə Respublika silahlı qüvvələrinin Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşməyə çağırır.

                                                                                           Rauf  Müslüm oğlu Qurbanov

                                                                                              Azərbaycan KP MK -nın sədri,

                                                                                                     KPİ – Sov. İKP İK MŞ üzvü.     

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …