Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Zakir Fərəcovdan Eldar Mahmudova «General furajkası»

Zakir Fərəcovdan Eldar Mahmudova «General furajkası»

Sumqayıtın icra başçısı sabiq nazirə Pirşağıda başına qoyduğu papaq formasında villa tikdirib

Sabiq STN şefi Eldar Mahmudov işdən çıxarıldıqdan sonra onunla əlaqəli olan, hətta ona bir sıra işlər görmüş şəxslərin haqqında xeyli sayda məlumatlar gündəmə gəlib. Bu sırada keçmiş nazirin pul qazanmasına yardımçı olmuşlarla yanaşı, ona lojistik dəstək verənlərə qədər bir çoxlarının adları var.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Eldar Mahmudova bahalı hədiyyələr, villalar, evlər, habelə imarətlər ərmağan edənlərin də sayı az olmayıb. Bu sırada bir müddət əvvəl deputat Şəmsəddin Hacıyevin də adı çəkilirdi. Bununla bağlı bildirilirdi ki, deputat 20 Yanvar dairəsinə yaxın yerdə inşa etdirdiyi çoxmərtəbəli üç binadan xeyli sayda mənzili sabiq nazirə və onun yaxınına hədiyyə edib.

Bu gün isə məlum olub ki, Eldar Mahmudova bahalı hədiyyə verənlər sırasında Şəmsəddin Hacıyev yeganə şəxs deyil. Ondan başqa, daha bir icra başçısı da sabiq nazir üçün olduqca bahalı bir iqamətgah inşa etdirib. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, xeyli müddət Abşeron rayonuna rəhbərlik etmiş, hazırda isə Sumqayıt şəhərinin meri olan Zakir Fərəcov da sabiq MTN şefi ilə yaxın münasibətlərə malik olub.

Həmin məlumatlarda vurğulanır ki, bu münasibətlərin təzahürü olaraq Pirşağıda inşa edilmiş maraqlı bir iqamətgahı göstərmək olar. JAM.AZ-a məlumat verən mənbənin bildirdiyinə görə, Zakir Fərəcov bir neçə il bundan əvvəl Pirşağıda sabiq nazirə maraqlı layihəsi olan villa tikdirib. Həmin villanın yuxarıdan görünüşü general furajkası formasındadır.

Mənbə iddia edir ki, həmin villaya kənardan baxdıqda da general furajkasını aydın şəkildə görmək mümkündür. Onun sözlərinə görə, bu tikinti icra başçısına 4 milyon manata başa gəlib. Və həmin tikinti işlərini də Abşeron rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin rəhbərliyi və işçiləri həyata keçiriblər. Daha doğrusu, bütün vəsait onlardan alınıb.

Qeyd edək ki, Zakir Fərəcovun Eldar Mahmudovla yaxın əlaqələrə malik olması məsələsi hələ xeyli əvvəldən məlum idi. Hətta sabiq nazir icra başçısını bir sıra problemlərdən qorumağı da öhdəsinə götürübmüş. Bu sırada onun haqqında mətbuatda yazılan yazıların qarşısını almaq da varmış. O da vurğulanır ki, tanınmış saytlardan birində dərc olunmuş yazının təkzib olunması və dayandırılması üçün də MTN zabitləri bir xeyli əziyyət çəkiblər.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə bununla bağlı əlavə məlumatlar verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …

Bir cavab yazın