Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Yolunu azıb Azərbaycandan Ermənistana keçən banqladeşlilərə inanmadılar və həbs etdilər – VİDEO

Yolunu azıb Azərbaycandan Ermənistana keçən banqladeşlilərə inanmadılar və həbs etdilər – VİDEO

Azərbaycan tərəfdən Ermənistan sərhədini qeyri-qanuni yolla keçmiş altı Banqladeş vətəndaşı həbs edilib.

Azinforum.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə mayın 14-də Ermənistan Milli Təhlükəsizlik Xidmətindən (MTX) bildirilib.

Saxlanılan şəxslər bildiriblər ki, onlar iş axtarmaq üçün İran ərazisi vasitəsilə Türkiyəyə yollanmaq istəyiblər, lakin azaraq Ermənistana gəlib çıxıblar.

Banqladeşlilərin hamısı əvvəlcədən razılaşma yolu ilə Ermənistanın dövlət sərhədini qeyri-qanuni keçməkdə ittiham olunublar. Qətimkan tədbiri kimi onların barəsində həbs qərarı verilib.

MTX-nin məlumatına əsasən, ermənilər banqladeşlilərə inanmır: onların şəxsiyyəti hələ də müəyyənləşdirilməmiş qalır – bu istiqamətdə iş aparılır.

Erməni xüsusi xidmət orqanları banqladeşlilərin radikal və terrorçu qruplaşmaların üzvləri olub-olmamasını yoxlayırlar.

“İfadələrin həqiqətə uyğunluğu və sərhədin pozulmasının real motivlərinin müəyyən edilməsi istiqamətində operativ-axtarış tədbirləri görülür”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, hadisə mayın 8-də baş verib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan istiqamətindən Ermənistan sərhədinin pozulması cəhdi qeydə alınıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …