Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Yeni Üfüq” Ramazan ayında tədbirlərə start verib – FOTO

“Yeni Üfüq” Ramazan ayında tədbirlərə start verib – FOTO

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı münasibəti ilə xeyriyyə tədbirlərinə start verib.
Birlikdən verilən məlumata görə, “Yeni Üfüq” Bakı şəhərində ilk iftar süfrəsini təşkil edib. Təşkil edilən iftar süfrəsində müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
Vətənin və dövlətin birlik və bərabərliyinə dualar edilib. Xeyriyyə tədbirində çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli mübarək Ramazan ayının mənəvi fəzilətlərindən geniş söz açıb. O, bu ayın mərhəmət, rəhmət, bərəkət, bağışlanma ayı olduğunu bildirib. Birlik sədri qeyd edib ki, Ramazanın ilahidən bəndələrinə müjdə olaraq verilmiş bir fürsətdir: “Mübarək günlərdə dualarımızda Vətənin, dövlətin daim var olması, eləcə də dogma Qarabağın işğaldan tezliklə azad olmasını Allahdan təmənna etməliyik”.
Tədbirdə ölkənin bir qrup fəal qadınları, habelə şəhid və qazi ailələri iştirak edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …