Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Yeni Üfüq” cəbhədə əsgərləri ziyarət etdi – FOTOLAR

“Yeni Üfüq” cəbhədə əsgərləri ziyarət etdi – FOTOLAR

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Tərtər rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Tərtərin cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində xidmət edən zabit və əsgərləri ziyarət edib.

Birlikdən verilən məlumata görə, ziyarət zamanı əsgərlər qarşısında çıxış edən birliyin sədri Sevinc Əzimbəyli  qəhraman hərbiçiləri təbrik edərək bildirib ki, Vətənin keşiyində duran bütün cəsur zabit və əsgərlərimizin hünərindən qürur duyuruq: “Düşmənləri hər an qorxuda saxlayan sizlər bizim üçün fəxarət yerisiniz”.
 Sonra görüşdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, hər bir ölkə vətəndaşı Qarabağ probleminin həllində dövlətin yanında olmağa borcludur: “Bu gün biz hərbi hissələrə, əsgər və zabitlərimizin görüşünə böyük ruh yüksəkliyi ilə gəlirik. Çünki hər bir azərbaycanlının ürəyində tezliklə işğal olunan torpaqlarımıza qayıdacağımıza əminlik hissi var. Bir daha ümidvaram ki, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ torpaqları məhz qüdrətli Azərbaycan Ordusunun sayəsində işğaldan azad ediləcək”.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak edib. M.Məmmədov çıxışı zamanı bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi yurd-yuvalarımızda şanlı zəfərimini qeyd edəcək. 

Həmçinin ziyarət çərçivəsində “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi və qonaqlar hərbi hissədə əsgər və zabitlərlə birgə bayramı qeyd ediblər. 
Tədbirin sonunda ictimai təşkilatın sədri S.Əzimbəyli Novruz bayramı münasibətilə həyata keçirdikləri silsilə tədbirlərə verdiyi dəstəyə görə “Ovqat- AB” şirkətinin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …