Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Yeni Ombudsman Siyavuş Novruzovun həyat yoldaşı olacaq

Yeni Ombudsman Siyavuş Novruzovun həyat yoldaşı olacaq

Prezident İlham Əliyev parlamentə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 yeni namizəd irəli sürüb. Namizədlər Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır. Sabah Milli Məclisin İnsan hüquqları komitəsində namizədlərlə bağlı müzakirələrdən sonra, plenar iclasa çıxarılacaq. 

Unikal.org xəbər verir ki, Milli Məclisin plenar iclasında  Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçiləcək.

Qeyd edək ki, Hüquq üzrə fəlsəfə doktoru olan S.Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Xanım hüquqşunas Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və  Millət vəkili Yaşar Əliyevin qızıdır.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …