Ana səhifə / Siyasət / Mariya Zaxarova: “Məcburi köçkünlər və qaçqınlar öz doğma torpaqlarına qayıtmaq hüququ əldə etməlidirlər”

Mariya Zaxarova: “Məcburi köçkünlər və qaçqınlar öz doğma torpaqlarına qayıtmaq hüququ əldə etməlidirlər”

“Məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına qayıtmaq hüququ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ayrılmaz və məcburi hissəsidir”. 

Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Vestnik Kavkaza” dərgisinin ünvanladığı suala cavab verərkən bildirib. 

Mariya Zaxarova həmçinin qeyd edib ki, danışıqlar prosesi və onun formatı elə məsələdir ki, bunu tərəflər özləri müəyyənləşdirməlidirlər.

“Tərəflər iştirakçılarla bağlı razılıq əldə edib və hazırda danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində aparılır.

İki ölkə arasında razılıq əldə olunarsa, Rusiya XİN olaraq biz bunu dəstəkləyəcəyik. Bir daha vurğulayım, biz iki ölkə arasında əldə olunacaq razılaşmaları dəstəkləyəcəyik”, – deyə Mariya Zaxarova bildirib. 

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …