Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Xırdalan və Sumqayıtda da postlar quruldu – RƏSMİ

Xırdalan və Sumqayıtda da postlar quruldu – RƏSMİ

“Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıtda da polis postları qurulub”.

Bunu Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə nəqliyyatın hərəkət intensivliyi nəzərə alınaraq, orada yoxlamalar aparılıb:

“Postlar qurulub və orada da vətəndaşların zərurət olmadan evdən çıxma halları aşkar olunub.

Bunların qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Polisin tələblərinə tabe olmayan, xəbərdarlıqlara məhəl qoymayan şəxslər haqqında protokollar tərtib ediləcək”. 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …