Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Xarici ölkələrdə təhsil alan daha 64 nəfərin diplomu tanınmadı

Xarici ölkələrdə təhsil alan daha 64 nəfərin diplomu tanınmadı

Xarici ölkələrdə təhsil alan daha 64 nəfərin diplomu tanınmayıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyun ayı üzrə xarici diplomların tanınmasına dair statistikanı açıqlayıb.

İcrası 16 gün ərzində tamamlanan 208 müraciətçinin 144-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 64 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Fərhad İbadov: “Xəzərdə vulkan püskürən yerdə SOCAR-ın heç bir infrastrukturu yoxdur və qazma işi aparılmayıb” – VİDEO – YENİLƏNİB

Deputat: “Azərbaycanda pensiya yaşı azaldılmalıdır” – VİDEO – YENİLƏNİB

Azərbaycanın 2050-ci ilə qədər əhali proqnozu hazırlanıb

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 33, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 77, Ukraynadan 62, Türkiyə Respublikasından 37, Gürcüstandan 8, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 34, iqtisadiyyat üzrə 17, menecment üzrə 15, tibb 13, maliyyə və kredit üzrə 8 nəfər müraciətçi qeydə alınıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …