Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Xaricdə təhsil dərdi: Bu şəxslərin diplomu Bakıda niyə tanınmır? (VİDEO)

Xaricdə təhsil dərdi: Bu şəxslərin diplomu Bakıda niyə tanınmır? (VİDEO)

Bu şəxslərin bəziləri Rusiya, bəziləri Ukrayna, bir hissəsi isə Belarusda tibb təhsili alıb. İndi isə ölkəmizə qayıdan gənclər sahələri üzrə fəaliyyət göstərə bilmədikləri üçün şikayətçidirlər.
Onların 6 illik baza təhsili tanınsa da, ixtisasları Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmir. Buna görə də hazırda heç bir xəstəxanada həkim kimi fəaliyyət göstərə bilmirik.
Sayca 42 nəfər olduqlarını deyən bu gənclər özlərinin təkliflərini də irəli sürüblər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin aparıcı məsləhətçisi Nərmin Adıgözəlzadə “Xəzər Xəbər”ə bildirib ki, sözügedən vətəndaşların təhsil aldıqları proqramla ölkəmizdəki proqram çox fərqlidir və buna görə də onlar üçün məhdudiyyətlər yaranıb. Bu şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılması üçün Səhiyyə Nazirliyi tərəfindən layihə hazırlanaraq, Təhsil Nazirliyinə təkliflər göndərilib.
Bütün müraciətlər nəzərə alınaraq, Səhiyyə Nazirliyində kollegiya iclası keçirlib və nazirliyin müvafiq komissiyasına təklif olunan layihə təsdiq olunana qədər mövcud vəziyyətin tənzimlənməsi üçün həmin şəxslərin ixtisasları üzrə biliklərinin və praktik bacarıqlarının qiymətləndirilməsi tapşırılıb. 
Komssiyanın qərarına əsasən, müraciət edən şəxslərin xaricdə təhsil aldıqları ixtisasları üzrə ölkə ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması məsələsi müəyyən ediləcək. Eyni zamanda səhiyyə nazirliyndən bildirilib ki, komissiyanın işinə nəazrəti səhiyyə naziri birbaşa öz üzərinə götürüb.
Təhsil Nazirliyindən isə bildiriblər ki, məsələyə baxılacaq və müvafiq rəy bildiriləcək.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …