Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Xaricə gedən azərbaycanlıların sayı 11,7 faiz artıb

Xaricə gedən azərbaycanlıların sayı 11,7 faiz artıb

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 3 milyon 89,8 min nəfər olub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, ölkə vətəndaşlarının 30,9 faizi Gürcüstana, 29,7 faizi İrana, 19,6 faizi Rusiya Federasiyasına, 13,4 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,7 faizi kişilər, 34,3 faizi isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,4 faiz, Gürcüstana gedənlərin sayı 2,3 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,9 faiz azalıb.
Yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,1 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …