Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Whatsapp” yeniləndi: Dörd əla xüsusiyyət işə salındı – FOTO

“Whatsapp” yeniləndi: Dörd əla xüsusiyyət işə salındı – FOTO

“WhatsApp” mesenceri “Android” smartfonları üçün yenilənib və dörd funksiyanı təkmilləşdirib.

Yeni “apdeyt”də bir neçə yeni funksiya əlavə edilib, bəzi köhnələri təkmilləşdirilib, səhvlər və “baq”lar düzəldilib.

Yeniliklərin siyahısını təqdim edirik:

• Artıq sənədləri göndərərkən onlara imza əlavə etmək mümkündür.

• Mövzu və qrup təsvirlərində simvolların icazə verilən sayı artırıldı.

• Eyni anda 100-ə qədər foto və ya video göndərmək olacaq (halbuki əvvəllər onların sayı 30-dan artıq ola bilməzdi).

• İndi öz “avatar”larınızı yarada və onları profil şəkilləri kimi istifadə edə, yaxud stiker kimi göndərə bilərsiniz. Bunun üçün “Parametrlər”ə keçmək və “Avatar” seçimini etmək lazımdır.

“iPhone” üçün yuxarıdakı siyahıdan bəzi yeniliklər hələ mövcud deyil. Çox güman ki, onlar yaxın həftələrdə təqdim olunacaq.

Oxu.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …