Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Verbovka” olmuş “fəallar”…

“Verbovka” olmuş “fəallar”…

Bildiyiniz kimi “verbovka” olunmuş “fəal”lardan biri, Hafiz Hacıyevin və Vilyam Hacıyevin yaxın qohumları, vətənə hərbi qulluğunu-borcunu yerinə yerinə yetirməkdən boyun qaçırmış və buna görə də həbs edilmişdir. O, öz facebook səhifəsi vasitəsi ilə xalqımızın bugünki sosial çətinliklərindən, mövcud məmur ədalətsizliklərindən və hakimiyyətdaxili qarşıdyrmalardan faydalanaraq milli birliyimizi pozmağa çalışır.

Aşağıda “screen” olaraq paylaşdığım statusunda da öz aləmində manipulyasiya üsulu ilə bizim milli birliyimizi pozmağa çalışır.

Verdiyi sualları da elə şərh bölməsində cavablandırmışdım.Lakin bir neçə dəqiqə sonra şərhim silinmişdir. Adama deyərlər ki, ay demokratiya çarçısı, axı demokratiyadan danışırsasa, hər fikirə tolerantlıq göstərməli deyilsən mi? Axı sən niyə bu başı bəlalı, tarix boyu zülmlərə məruz qalmış bu xalqın milli birliyi və hissləri oynayırsan?

Suallarını aşağıdakı kimi cavablandırmışdım:
1) Əmiləriniz Hafiz Hacıyev və Vilyam Hacıyev və onlar kimilərin maddi və siyasi dəstəyi ilə adını çəkdiyiniz şəxs bu illər ərzində ölkənin ən güclü 2 siyasi fiqurundan birinə çevrilmişdi və onun məhkəməyə gətirələlək cərimələnməsi elə də asan məsələ deyil.
2) Adını çəkdiyiniz şəxin cəzalandırılıb, cəzalandırılmayacağını sizin və mənim kimi hər kəs görəcək. Ən azından ailə üzvünün/ kürəkənin nümayişkəranə şəkildə həbs olunduğunu hər kəs gördü və bu elə cəza demək idi.
3) Əgər siz anlamırsınızsa Siyavuş Novruzovun, Hafiz Hacıyevin, Fəzail Ağamalının və onlar kimi bir çoxlarının dövrünün qapandığını təcrübəsizliyiniz açıq aşkar müşahidə olunur.

4-cu sual yox idi.Yeni əlavə edib.Daha neynək, onu da cavablandırım:
4) Nə qədər ki, Brüsseldən, Vaşinqtondan Pensilvaniyadan, Moskvadan gələn təlimatlar əsasında milli birliyimiz pozulacaq bu komediya o qədər də davam edəcək.

İndi ictimaiyyət qarşısında mən sizə sual ünvanlayıram:

1) Ömrünüzdə ölkəmizdə hökm sürən siyasi, sosial və ya iqtisadi vəziyyətin inkişaf etdirilməsi ilə bağlı hökümətə hər hansı təklif vermisiniz mi?

2) Siz tapşırıqları özünüzün də pəştişkarcasına bəhs etdiyiniz Fətullah Güləndənmi, Brüsseldən mi, yoxsa Vaşinqtondan mı alırsınız?

3) Əmilərinizin Azərbaycanın reputasiyasına, imicinə və xalqımızın rifahına vurduğu ziyan haqqında bugünə qədər heç danışmısınız mı?

Bu 3 sualı cavablandırsanız çox sevinərəm.

Yeri gəlmişkən mən də hər kəs kimi ölkədə mövcud siyasi, iqtisadi və sosial vəziyyətdən tam razı deyiləm. Bir idarəçi və bir mütəxəssis olaraq iqtisadi durumumuzun tənəzzülə doğru getdiyini qiymətləndirə bilirəm. Yeri gələndə mən də tənqid edirəm. Lakin, mən bu çatışmazlıqların aradan qaldırılması istiqamətində daimi olaraq media vasitələrindən istifadə edərək təkliflər verirəm. Bir çox verdiyim təkliflər diqqətə alınır, bəzilərinə illər sonra gəlib çıxırlar. Bu çətin vəziyyətdə insanlarımızın çətin durumundan istifadə etməyə çalışmaq öz xalqına düşmənçilikdən başqa bir şey deyil.

Bir şəhid övladı olaraq müstəqilliyimizin neçə igidin qanı bahasına başa gəldiyini öz üzərimdə hiss etmişəm. Heç kim də hansı coğrafi ərazidə, geo siyasi mövqedə yerləşdiyimizi unutmasın.

Bizim durumumuzda inkişafın bir yolu var.O da təkamül, inqilab yox.

Asif İbrahimov 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …