Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / VASİF TALIBOVDAN MÖHTƏŞƏM ADDIM

VASİF TALIBOVDAN MÖHTƏŞƏM ADDIM

Ordumuzun Qarabağdakı erməni işğalçılarına qarşı həyata keçirdiyi uğurlu əməliyyat ərəfəsində milli bayrağımıza olan tələbatın artması bəzi fürsətçilərin onun qiymətini qaldırması ilə nəticələndi

Şəhidlərin dəfni, ordumuza dəstək yürüşləri zamanı insanların bayrağımıza sarılması bayraq satan mağaza və dükanlarda növbələr yaratdı.

Ölkə.Az xəbər verir ki, həmin ərəfədə Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri Vasif Talıbovun göstərişi ilə insanlara milli bayraq pulsuz paylanıb. Həmin günlərdə Naxçıvanda milli bayraq almaq istəyən vətəndaşlara mağazalarda bayraq pulsuz verilib.

Belə məsələlərdə Azərbaycanın müxtəlif bölgələrindəki əksər rəhbər işçilərin Vasif Talıbovu örnək götürməsində böyük fayda var. Millətin vətənpərvərlik hisslərinin yüksək olduğu dövrdə bayrağın qiymətini süni şəkildə qaldırmaq isə sadəcə vicdansızlıqdır.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın