Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Vaqif Mustafayev: “Nazir filmimə baxıb güldü, sonra 27 dəqiqəsini kəsdirdi“

Vaqif Mustafayev: “Nazir filmimə baxıb güldü, sonra 27 dəqiqəsini kəsdirdi“

“Həyat, deyəsən, gözəldir” filmi may ayında nümayiş olunacaq.

Bunu Xalq artisti Vaqif Mustafayev deyib.

O bildirib ki, filmdə gülməli məqamlar olduğu üçün onun ekranlara çıxmasına etiraz ediblər: “Türkiyədə festivala təqdim edilməzdən əvvəl filmdən 27 dəqiqə kəsildi. Nazir özü baxıb güldü, amma dedi kəsilsin. Mən bunun niyə edilməsini başa düşmədim”.

İdeologiyanın əhəmiyyəti barədə danışan Xalq artisti qeyd edib ki, keçmiş rəhbərlik ideologiyanın nə olduğunu bilmədiyinə görə filmin nümayişi yubanıb: “İdeologiyanın mahiyyətini bilməliyik və bu, hər kəsin qanında olmalıdır. Ona görə gənclər festival naminə ideologiyanı pozmamalıdırlar. Kino etik və estetik aləmimizi yaradır. Filmlərimizdəki bir çox cümlələr, frazalar xalqın dilinə keçir. Buna görə gələcək naminə ehtiyatlı olmaq lazımdır”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …