Bəs Bakı şəhər Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına həmin avtomobillərdən verilibmi?
Suala cavab tampaq üçün qurumla əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Ölkə.Az-a açıqlamasında bildirdi ki, əməkdaşlarına həmin avtomobillərdən verilməyib. Qurum rəsmisi deyir ki, yeni avtomobilləri sadəcə internetdən görüb.
“Hazırda “Mercedes” AMG C43 markalı avtomobillərinin Bakının yol polislərinə verilməsilə bağlı məndə heç bir məlumat yoxdur. Həmin avtomobillərin fotolarını internetdən görmüşəm. Bəli, çox gözəl avtomobillərdir. Son model maşınlardır. Niyə də olmasın? İnkişaf etmiş bir ölkədə elə belə də olmalıdır. Lakin bu maşınların hara, nə cür və kimə verilməsi barədə heç bir məlumatım yoxdur”, – deyə V. Əsədov bildirib.