Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Türkiyədə zəlzələ qurbanları arasında azərbaycanlı yoxdur – RƏSMİ

Türkiyədə zəlzələ qurbanları arasında azərbaycanlı yoxdur – RƏSMİ

Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

Səfirlikdən verilən məlumata görə, hadisədən dərhal sonra qurulan “qaynar xətt”lə əlaqə saxlayan aidiyyəti üzrə hökumət qurumlarının təmsilçiləri və KİV nümayəndələri vəziyyətlə maraqlanıblar.

“Qaynar xətt”ə vətəndaş müraciəti olmayıb. Türkiyə tərəfindən zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumat qeydə alınmayıb.

“Qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ bölgəsində 6,8 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində azı 20 nəfər ölüb, 1015-dən çox insan yaralanıb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …