Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Türkiyə universitetlərində neçə azərbaycanlı oxuyub?

Türkiyə universitetlərində neçə azərbaycanlı oxuyub?

Türkiyə universitetlərində 2017-18 dərs ilində 125 min 138 xarici tələbə təhsil alıb.

Azinforum.az azedu.az-a istinadən xəbər verir ki, qardaş ölkədə ən çox Suriyadan olan xarici vətəndaşlar oxuyur.  Əksəriyyətini mühacirlərin təşkil etdiyi suriyalı tələbələrin sayı 20.701-dir. Bu rəqəm ötən tədris ilində Türkiyədə oxuyan əcnəbi tələbələrin 16,54 faizini təşkil edir.
Siyahının ikinci pilləsində isə ölkəmiz yer alır. 2017-18-ci ildə qardaş Türkiyədə 17.088 soydaşımız ali təhsil alıb. Bu da ümumi göstəricinin 13,66%-I deməkdir.
Sıralamadakı ilk üçlüyü isə Türkmənistan qapayır. Türkdilli ölkənin  12.247 gənci dost  qandaş Türkiyədə oxumaqdadır. Bu da ümumi göstəricinin 9,79%- deməkdir.
Vətəndaşları Türkiyədə daha çox oxuyan digər dövlət isə aşağıdakılardı:
İran: 6.418 (5,13%)Əfqanıstan: 5.826 (4,66%)İraq: 5.187 (4,15%)Almaniya: 4.012 (3,217%)

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …