Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Tibb Universitetinin rektoruna seçiciləri görün, nə ismarıc yolladı… – YAP-a da müraciət olundu

Tibb Universitetinin rektoruna seçiciləri görün, nə ismarıc yolladı… – YAP-a da müraciət olundu

Redaksiyamıza müraciət edən Kürdəmir rayonunun Sığırlı kəndinin sakinləri təkrarən namizədliyi hakim Yeni Azərbaycan Partiyasından 65 saylı Saatlı-Kürdəmir-Sabirabad seçki dairəsindən irəli sürülmüş, sözügedən seçki dairəsinin hazırki deputatı – Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovdan şikayətçidirlər.

Narazı olan Sığırlı sakinləri DİA.AZ-a bildirirlər ki, onlar təkrar olaraq Əhliman Əmiraslanovun adını YAP-ın namizədlər siyahısında görəndə narahat olublar:

“Çünki biz inanmırdıq ki, ulu öndərin qurduğu partiya yenə də Əhliman Əmiraslanovun namizədliyini rəli sürər. Biz bu xəbərdən narahatıq və bunu YAP rəhbərliyinin də bilməsini istəyirik”.

Son 5 ildə Əhliman Əmiraslanovun onlara tərəf baxmadığını, kəndlərinin ən primitiv problemlərinə belə diqqət ayırmadığını deyən Sığırlı sakinləri illər əvvəli – Əhliman Əmiraslanovun 5 il əvvəl kəndlərinə gəlişini də xatırlayırlar.

DİA.AZ-a deyilənlər: “Əhliman Əmiraslanova dedik ki, kəndimizin – 8-10 min əahlisi olan Sığırlı kəndinin xəstəxanası bağlanıb və əvəzində tibb məntəqəsi fəaliyyət göstərir. Biz isə xəstəxananın yenidən fəıaliyyətə başlamasına nail olması üçün Əhliman müəllimdən kömək istədik.

O isə bizə bildirdi ki, həmin xəstəxananın bərpası üçün bir kişi kimi əlindən gələni edəcək”.

Sakinlərin sözlərinə görə, qonşu Karrar kəndində 3 min əhali olsa da, oranın xəstəxanası var. Amma Sığırlının 3 dəfə böyük olmasına baxmayaraq, kənddə xəstəxana yoxdur və buna görə Sığırlı sakinləri xeyli əziyyət çəkirlər.

Daha sonra sakinlər dia.az-a bildirirlər: “Bizi maraqlandıran odur ki, bir dəfə də seçiciləri ilə maraqlanmayan Əhliman Əmiraslanov YAP üçün nədən bu qədər maraqlıdır?”

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın