Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət /  Taleh Şahsuvarlı holdinqdən niyə ayrıldı?: “Təklif olunan maaş kreditlərimi ödəməyə çatmırdı”

 Taleh Şahsuvarlı holdinqdən niyə ayrıldı?: “Təklif olunan maaş kreditlərimi ödəməyə çatmırdı”

“Ancaq “benzin pulu”na, gündən-günə marginallaşaraq çalışmaq olmaz…”

Əziz dostlar, məlumunuz olduğu kimi, “Gündəlik Teleqraf” qəzeti bağlandığı üçün illərlə çalışdığım holdinqdən ayrılmışam. Bu mənim şüurlu və düşünülmüş qərarımdır. Çünki əgər holdinqə bağlı saytlarda qalmağım üçün təklif olunan maaş mənim dolanışığıma, xüsusən də kredit öhdəliklərimin yerinə yetirilməsinə kifayət etmirsə, o zaman başqa yol qalmırdı. Ancaq “benzin pulu”na, gündən-günə marginallaşaraq çalışmaq olmaz, hər kəsin maddi məsuliyyəti, mükəlləfiyətləri var.

Düşünürəm ki, ən qısa zamanda münasib bir iş tapacam. Belə ki, illərlə səmimi, təmannasız, ardıcıl və birmənalı şəkildə müdafiə etdiyim siyasi hakimiyyətin mənim potensialımı və vəziyyətimi nəzərə alacağına inanıram. Əlbəttə, heç kim istəməzdi ki, iş yerləri bağlansın, medianın ümumi vəziyyəti çətinləşsin. Əgər dərd, necə deyərlər, ellə gəlibsə, o zaman ümumi situasiyada media sektoru olaraq maksimum həmrəylik göstərməliyik.

Mənim tabeliyimdə onlarla qabiliyyətli, istedadlı jurnalist çalışıb, hər birinin bacarığına, düzlüyünə, işgüzarlığına başımla cavabdehəm, digər saytlarda da iş yerini itirənlər var. Əgər digər media strukturlarında vakansiyalar varsa, təcili bu cür şəxslərin işlə təmin edilməsi gərəkdir. İnanın ki, özümdən çox, iş yerini itirmiş həmkarlarımın qayğısını çəkirəm, onların çoxu ailəlidir, uşaqları, problemləri var.

Azərbaycanın sosial-iqtisadi münasibətlər sistemində hamıya bəlli problemlərin yaranmasında onların heç bir rolu, günahı, məsuliyyətləri yoxdur və buna görə də “ilk zərbə”nin mediyaya dəyməsi, yumşaq desək, heç də yaxşı hal deyil. Mən yenə də nikbinəm və Folknerdən fərqli olaraq, düşünürəm ki, sabah- bu günün bir başqa adı olmayacaq.

Taleh ŞAHSUVARLI

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın